Xəbərlər

CASPIAN OIL & GAS - Canlı ünsiyyətin səmərəliliyi

Canlı ünsiyyətin səmərəliliyi

01.06.2018

Xəbərlər

Yelena Myakişeva, Rusiya

“Фенимор Рус” ASC-nin regional təmsilçisi

– Bizim təşkilat bir çox aparıcı neft-qaz şirkətləri ilə əməkdaşlıq edir və buna görə də, mən ilk növbədə köhnə tərəfdaşlarımızla görüşmək üçün gəlmişəm. Əlbəttə ki, mən həm də yerli şirkətlərlə tanış olmaq və ünsiyyət qurmaq üçün buradayam. Hesab edirəm ki, heç bir kommunikasiya vasitəsi sərginin yaratdığı əlaqənin effektivliyi və biznesin təşviqini əvəz edə bilməz. Yubiley sərgisinin yüksək səviyyədə təşkil edilib. Kompakt eksponatlar ilə diqqəti cəlb edən stendləri çox bəyəndim, məsələn “STP” şirkətinin stendində dişli mexanizminin imitasiyasını qeyd edə bilərəm.


Tərəfdaşlar