Xəbərlər

CASPIAN OIL & GAS - Biz kritik proseslərə nəzarət sistemlərini təklif edirik

Biz kritik proseslərə nəzarət sistemlərini təklif edirik

31.05.2018

Xəbərlər

Samir Benali, “Inprotec S.r.l.” şirkətinin idarəedici direktoru

–“İnprotec S.r.l.” şirkəti 1992-ci ildə Milan şəhərində  təsis edilib və İtaliya, Afrika, Yaxın Şərqdə geniş şəkildə təmsil olunur. Şirkət əsasən neft qaz, kimya və neft-kimya sənayesi üçün nəzərdə tutulmuş mühüm proseslərə, mühəndislik və tətbiqi idarəetmə sistemlərinə  nəzarət sistemlərinin təchizatı sahəsində ixtisaslaşıb. Neft - qaz, neft-kimya və kimya zavodları üçün yanğınların və qaz sızmalarının aşkarlanması üçün geniş çeşiddə cihaz və sistemlər təklif edirik. Yüklənmə - boşaltma əməliyyatları üçün şirkətin inteqrasiya olunmuş həll variantları isə neft emalı zavodları, kiçik və böyük terminallar, anbarlar, elektrik stansiyaları və başqa müəssisələr üçün maraqlı olacaq.

Azərbaycanda keçirilən sərgidə debüt edirik. Burada yeni tərəfdaşlar tapmaq istəyirik. Bizim məhsullar keçmişdə İtalyan təchizatçıları vasitəsilə “SOCAR” şirkəti üçün tədarük edilsə də, bu gün ölkənin bazarının necə inkişaf etdiyini nəzərə alaraq, biz şirkətin Azərbaycandakı mövcudluğunu genişləndirmək, maraqlanan yeni müştərilər tapmaq istərdik.

Sərgi çox dolğun, maraqlıdır, seçilmiş auditoriyaya yönəlib, biz mütləq buraya qayıdacağıq. “Xəzər Neft və Qaz 2018” sərgisi sayəsində Azərbaycanın və ümumilikdə regional bazar, əsas təchizatçılar, alıcılar barədə təsəvvürümüz yaranıb, rəqiblərindən buradakı işlərin xüsusiyyətləri barədə məlumat əldə edə bildik. Təəssüratlarımız olduqca müsbətdir!


Tərəfdaşlar