Xəbərlər

CASPIAN OIL & GAS - “OMK” şirkətinin zəngin məhsul çeşidi

“OMK” şirkətinin zəngin məhsul çeşidi

31.05.2018

Xəbərlər

Gülnarə Belbezokova, “OMK” ASC-nin marketinq idarəsinin reklam və sərgi üzrə istiqamətinin rəhbəri

– Birləşmiş Metallurgiya Şirkəti (“OMK” ASC) aparıcı enerji, nəqliyyat və sənaye şirkətləri üçün Rusiyanın ən böyük metal istehsalçılarından biridir. “OMK” şirkəti qaz və neftin istehsalı və daşınması üçün məhsulların kompleks təchizatçısıdır. “OMK” şirkətinin tərkibinə metallurgiya sənayesinin bir neçə böyük müəssisəsi daxildir.

Biz “Neft və Qaz” sərgisində daim iştirak edirik, stendimizdə “OMK” şirkətinin əsas məhsul çeşidləri, o cümlədən müxtəlif təyinatlı borular, dəmir yolu təkərləri, yastı polad məhsullar, boru kəmərlərinin birləşdirici detalları, boru armaturu və yaylar haqqında məlumat verilir.

Bizi şirkətin məhsulları ilə maraqlanan layihə institutları, neft-qaz kompleki və digər sahələrin nümayəndələri, eləcə də birbaşa istifadəçilər və dilerlər maraqlandırır. Məqsədimiz şirkəti onu tanımayanlara təqdim etmək, yeni işgüzar əlaqələr qurmaq və maraqlanan insanlarla tanış olmaqdır.

“Caspian Oil & Gas 2018” sərgisinin təşkilatçılarını və iştirakçılarını yubiley münasibəti ilə təbrik edirəm! Sərgi uzun illərdir ki, sabitlik nümayiş etdirir və bu, birmənalı şəkildə peşəkarlıq əlamətidir!


Tərəfdaşlar