Xəbərlər

CASPIAN OIL & GAS - Biz artıq bir sıra mühüm planlaşdırılmış görüşlər keçirmişik

Biz artıq bir sıra mühüm planlaşdırılmış görüşlər keçirmişik

31.05.2018

Xəbərlər

Nataliya Balayeva, “Delan” marketinq üzrə direktoru

– “Delan” şirkəti “Рускомпозит” şirkətlər qrupunun struktur bölməsidir. Rusiya İxrac Mərkəzinin dəstəyi ilə sərgidə debüt edərək istehsalın üç əsas istiqamətini təqdim edirik. Bunlar soyuq və isti halda tətbiq edilən, boru kəmərlərinin təmiri üçün və zavod şəraitində tətbiq olunan izolyasiya materiallarıdır. Geosentetik materiallar geniş çeşidi təklif edilir, nəhayət, mobil yol örtüklətrindən müvəqqəti yolların qurulması texnologiyasını təqdim edirik. Mobil yol lövhələri konstruktor kimi yerləşdirilir və bunun sayəsində hər hansı yolsuz şəraitində 80 tona qədər ağırlığa texnikanın keçə biləcəyi yol çəkmək mümkündür. Həmçinin, şirkət neft-qaz sektorunda elektro-kimyəvi mühafizə üçün avadanlıqlar təklif edir.

Azərbaycanda mövcudluğumuzu genişləndirmək, regionda satışların artırılması üçün imkanları təhlil edirik. Sərgidəki auditoriyamız neft - qaz obyektlərində xidmət, təmir və tədarük işləri ilə məşğul olan neft-qaz şirkətlərinin nümayəndələridir. Biz artıq bir sıra maraqlı, planlaşdırılmış görüşlər keçirmişik. Sərgidə iştirak bizə məhsullarımıza olan tələbatı, bazarın həcmini qiymətləndirmək imkan verir. Sərgi çox maraqlıdır, burada çox sayda ziyarətçi var və sərginin özü əla təşkil edilib.


Tərəfdaşlar