Xəbərlər

CASPIAN OIL & GAS - Məhsullarımız üçün yeni bazarları öyrənirik

Məhsullarımız üçün yeni bazarları öyrənirik

31.05.2018

Xəbərlər

Covanni Lai, “Emiflex” şirkətinin prezidenti

– İtalyanın “Emiflex” şirkəti müxtəlif təzyiqlər və istilik rejimində qaz və mayelərin daşınmasında istifadə olunan uzadıcı kompensatorlar və elastik boruların qlobal istehsalçısıdır. Avadanlıqlar istilik hərəkətini kompensasiya etmək və ya boru kəmərinə birləşdirilmiş avadanlıqdan ötürülən vibrasiyanı azaltmaq üçün boru kəmərlərində və avadanlıqlarda istifadə edilir.

Biz Azərbaycanda keçirilən sərgidə debüt edirik. Stendimizdə su təchizatı, sənaye, istehsal, neft-qaz sənayesi, neft - qaz nəqli və digər sahələrində geniş istifadə olunan məhsullar təqdim olunur. Uzadıcı kompensatorlar müştərilərin bizə verdiyi (məsələn, daxili temperatur, təzyiq və s. bu kimi) parametrlərə uyğun olaraq hazırlanır.

Bizi neft emalı sənayesinin nümayəndələri, ilk növbədə “”SOCAR”, “BP” və “Total” şirkətləri, eləcə də metal emalı sənayesi, layihələndirmə bürosunun mütəxəssisləri və digər maraqlı tərəflərlə görüşlər maraqlandırır.

Biz məhsullarımız üçün yeni bazarlar axtarırıq, Azərbaycan bizim üçün perspektiv bazardır və biz burada tərəfdaşları tapmaq istərdik.

 


Tərəfdaşlar