Xəbərlər

CASPIAN OIL & GAS - Biz “SOCAR” şirkəti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik

Biz “SOCAR” şirkəti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik

30.05.2018

Xəbərlər

Gürkan Duhan, “Hareket Project Transportation and Heavy Lifting Company” şirkətinin marketinq üzrə direktoru

– “Hareket Project Transportation and Heavy Lifting Company” şirkəti Türkiyə və Azərbaycan ərazisində müxtəlif yüklərin daşınması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sifarişlərini həyata keçirir. Biz neft emalı sənayesinə xidmətlə bağlı layihələri, eləcə də “Şahdəniz” layihəsi çərçivəsində işləri həyata keçiririk. Gələcəkdə “SOCAR” şirkəti ilə əməkdaşlığa davam etmək niyyətindəyik.

Azərbaycanda yaxın vaxtlarda neft-qaz sənayesində bir sıra mühüm layihələrin həyata keçirilməsi planlaşdırılır. Biz tenderləri qazanmaq niyyətindəyik və artıq bu sərgidə iştirak edən bir sıra şirkətlərə mümkün sifarişlərin yerinə yetirilməsi üçün təkliflərimizi təqdim etmişik. Hal-hazırda biz müəyyən uğurlara nail olmuşuq, məsələn, Azərbaycanda neft emalı zavodunun yenilənməsi layihəsində iştirak edirik. Sərgi sahəsində tərəfdaşlar və potensial müştərilərlə görüşmək imkanı əldə edirik.

Mən şadam ki, bu sərgidə neft-qaz sənayesində fəaliyyət göstərən bir çox şirkət təmsil olunub. Sərginin 25 illik yubileyinin keçirilməsi faktı artıq çox şeydən xəbər verir. Bu tədbir sayəsində bazarın əsas iştirakçıları üçün mükəmməl bir ünsiyyət mühiti yaradılıb ki, bu da istənilən şirkətin xidmətləri barədə həmkarları məlumatlandırmaq imkan verir.

Mən bu maraqlı sərginin bütün iştirakçılarına uğurlar arzulayıram!


Tərəfdaşlar