Xəbərlər

CASPIAN OIL & GAS - Azərbaycan neft-qaz sənayesi üçün həmişə cəlbedicidir.

Azərbaycan neft-qaz sənayesi üçün həmişə cəlbedicidir.

30.05.2018

Xəbərlər

Darrell Lankaster, “Halliburton” şirkətinin böyük sahə rəisi

– “Halliburton” şirkəti 1919-cu ildə təsis edilib və dünyada neft və energetika sənayesi üçün kəşfiyyat, işləmə və hasilat, yataqlarda həyata keçirilən işlər və digər sahələr üzrə məhsul və xidmətlərin ən böyük tədarükçülərindən biridir.

“Halliburton” şirkətinin sərgidə iştirakı nüfuz xarakteri daşıyır, şirkətin imkanlarını və əhatəsini geniş ictimaiyyətə nümayiş etdirir. Sərgi görüşlərin keçirilməsi, dialoqun inkişafına mükəmməl şəkildə kömək edir. Biz qısa müddət ərzində, fəaliyyətlərimizdəki yeniliklərlə maraqlandıran potensial müştərilərin daha geniş auditoriyası qazanmaq imkanı əldə edirik. Belə təfsilatlar beynəlxalq səviyyədə fəaliyyət göstərən “Halliburton” kimi şirkətlərin fəaliyyəti üçün çox vacibdir. Biz hazırda “BP” şirkəti və “SOCAR” ilə aktiv danışıqlar aparırıq, tərəfdaşların əhatə dairəsini genişləndirməyə çalışırıq. Bir sıra planlaşdırılmış layihələrimiz var, biz çox istiqamətlər üzrə işləmək niyyətindəyik.

Rəqiblərimiz və ya tərəfdaşlarımızın nə etdiyi, hazırda bazarın ən böyük iştirakçılarının hansı layihələri həyata keçirdiyi və ölkədə neft-qaz şirkətlərinin gələcək dəyişiklikləri məni həmişə maraqlandır. Səngəçal Terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi sərgi və konfransın əhəmiyyətini daha da artırıb. Xülasə: Azərbaycan neft - qaz sənayesi üçün həmişə çox cəlbedici məkandır.


Tərəfdaşlar