Xəbərlər

CASPIAN OIL & GAS - Perspektiv əməkdaşlıq imkanlarını öyrənirik

Perspektiv əməkdaşlıq imkanlarını öyrənirik

30.05.2018

Xəbərlər

Viktor Vidineyev, “Suzhow THVOW Technology” şirkətinin marketinq üzrə direktoru

– Neft emalı, neft, neft-kimya, qaz, nüvə və digər sənayelər üçün avadanlıq istehsalı üzrə ən iri maşınqayırma müəssisəsi olan Çinin “Suzhou THVOW Technology” şirkətini təqdim edirik.

“Suzhou THVOW Technology” şirkəti dünya bazarında, o cümlədən MDB bazarında kifayət qədər yaxşı tanınır. İndi Azərbaycana gələrək yerli şirkətlərlə perspektiv əməkdaşlıq imkanlarını öyrənmək qərarına gəlmişik. Hələ əhəmiyyətli görüşlər keçirmək fürsətimiz  olmayıb, ancaq insanlar daim stendimizə yaxınlaşır, məhsullarımızla maraqlanırlar.

Sərginin ikinci və üçüncü günlərinin daha dolğun keçəcəyini gözləyirik. İlk növbədə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“SOCAR”) ilə əməkdaşlıq imkanlarını təhlil etmək üçün görüşlər keçirməyə ümid edirik.

Biz Azərbaycan və bütün regiondakı müştərilərə Şimali və Cənubi Amerika, Yaxın Şərq və Cənub-Şərqi Asiyada yerləşən neft emalı müəssisələrində uğurla istifadə olunan geniş çeşidli avadanlıqları təklif edə bilərik.


Tərəfdaşlar