Xəbərlər

CASPIAN OIL & GAS - SOCAR-ın yeni neft-kimya kompleksi üzrə investisiya qərarı gələn ilin I rübündə qəbul oluna bilər

SOCAR-ın yeni neft-kimya kompleksi üzrə investisiya qərarı gələn ilin I rübündə qəbul oluna bilər

29.05.2018

SOCAR İzmirdə həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsi üzrə yekun investisiya qərarının (FID) gələn ilin I rübündə qəbul olunması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov Bakıda keçirilən XXV yubiley Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil and Gas 2018” sərgisində jurnalistlərə deyib.

“Yeni layihə üzrə mühəndislik işləri aparılır. Bu ilin sonuna həmin işlərin yekunlaşması planlaşdırılır. Gələn ilin ilk rübündə isə yekun investisiya qərarının qəbul olunması gözlənilir. Artıq BP və “Axens” şirkətlərindən lazımi lisenziyalar alınıb. Yeni kompleksdə əlavə 1 milyon ton təmiz tereftal turşusu (PTA) və polipropilen istehsalı planlaşdırılır.


Tərəfdaşlar