Xəbərlər

CASPIAN OIL & GAS - “Caspian Oil & Gas” tərəfdaşlar və həmkarlar ilə görüş üçün əlverişli platformadır

“Caspian Oil & Gas” tərəfdaşlar və həmkarlar ilə görüş üçün əlverişli platformadır

29.05.2018

Xəbərlər

Denis Lemarçal, “Total E & P Absheron” şirkətinin idarəedici direktoru

Bu il sərginin ziyarətçiləri və iştirakçıları bizim stenddə Formula 1 simulyatorunu görə bilərlər. Burada “3D” formatlı gözlüklə təchiz edilmiş elektrikli avtomobil yerləşdirilib. Biz əminik ki, ekspozisiyası sərgiyə böyük maraq gətirəcək. Bununla yanaşı, stenddə şirkətimizin Azərbaycanda fəaliyyəti ilə bağlı ətraflı məlumatlar yerləşdirilib. “Total” şirkəti hələ 1996-cı ildə Azərbaycanda aktiv fəaliyyətə başlayıb.

Hazırda “Total” şirkəti Azərbaycanda əsas diqqətini “Abşeron” yatağının işlənməsinə yönəldib. Hələ 2016-cı ildə ARDNŞ və “Total” şirkəti “Abşeron” yatağının işlənməsinin birinci mərhələsinə dair proqramı tənzimləyən əsas müqavilə və kommersiya prinsipləri haqqında çərçivə sazişi imzalayıb. İlk qazın çıxarılması 2020-ci ilin əvvəlinə planlaşdırılır. Bu gün yataqda qazma əməliyyatları tam sürətlə davam edir. Bundan başqa, şirkət sənaye və avtomobil yağları bazarında fəal işini davam etdirir.

“Caspian Oil & Gas” platforması tərəfdaşlar və həmkarlar ilə görüşlər üçün əlverişlidir. Bundan başqa, qeyri-rəsmi şəraitdə görüşlərin keçirilməsi, aktual məsələlərin daha ətraflı müzakirəsi mümkündür. Belə görüşlər sabit peşəkar iş üçün çox vacibdir.


Tərəfdaşlar