Xəbərlər

CASPIAN OIL & GAS - “Schlumberger” şirkətindən yeni texnologiyalar

“Schlumberger” şirkətindən yeni texnologiyalar

29.05.2018

Xəbərlər

Şəmsi Rəsulzadə, “Schlumberger” şirkətinin operativ rəhbəri

“Schlumberger” şirkəti uzun illərdir Beynəlxalq “Neft və Qaz” sərgisində iştirak edir. Şəxsən mən ilk dəfə buradayam və bu tədbir məni mütəəssir edib və məndə ən müsbət təəssüratlar yaradıb, sərgi iştirakçılarının beynəlxalq, maraqlı tərkibini xüsusilə qeyd etmək istərdim.

Məlum olduğu kimi, bizim şirkət yaranmasına görə XX əsrin əvvəllərində yerin səthində elektrik müqavimət ölçmələrindən istifadə edərək mis və dəmir kimi dərin yeraltı mineral filizlərin aşkar edilməsinin mümkün olduğunu ilk dəfə göstərən mühəndislər fransız fizik Konrad Şlumberje və onun qardaşı Marselin təcrübələrinə borcludur.

Bizim şirkət Rusiya və Mərkəzi Asiya ölkələrinin neft hasil edilən regionlarında, o cümlədən Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistanda fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi müddət ərzində şirkət öz sifarişçilərinə keyfiyyətli və operativ xidmətlərlə uzun müddət dəstək vermək məqsədilə regionda kompleks müstəqil müəssisəyə çevrilib. Bu gün şirkət ən müasir texnologiyaları tətbiq edir.

Bu il ölkədə və regionda fəaliyyət göstərən nəhəng şirkətlər olan potensial müştərilərimizə təqdim edilməsi vacib olan yeni texnologiyalar barədə məlumat veririk, Söhbət əsasən, “BP” və “TOTAL” kimi şirkətlərdən gedir. Biz gələcəkdə şirkətin tərəfdaşları ola biləcək bütün potensial müştərilərimizdə təkliflərimizlə maraq oyatmaq istəyirik.


Tərəfdaşlar