Xəbərlər

CASPIAN OIL & GAS - Səngəçal terminalına xoş gəlmişsiniz!

Səngəçal terminalına xoş gəlmişsiniz!

29.05.2018

Xəbərlər

Rüstəm Qasımov, “ABB Global Marketing FZ-LLC” şirkətinin Azərbaycan nümayəndəliyinin icraçı direktoru

– Bu il “Caspian Oil & Gas” (“Xəzər Neft və Qaz”) sərgisi öz 25 illik yubileyini qeyd edir. Deyə bilərəm ki, şirkətimiz bu yolun təxminən yarısını sərgi ilə yanaşı keçib. Əlbəttə ki, “Caspian Oil & Gas 2018” sərgisi bazarın mühüm tədbiridir və buna görə də, biz bu tədbirdə iştirak edirik. “ABB GLOBAL MARKETING” şirkəti dünya və Azərbaycan bazarında yaxşı tanınır. Biz elektrik avadanlıqları və neft-qaz avadanlıqları sahəsində çalışırıq.

Sərgidə məqsədimiz iştirakçıları və ziyarətçiləri fəaliyyətlərimiz barədə daha ətraflı məlumatlandırmaqdır. Bu dəfə stendimiz virtual reallıq platforması ilə təchiz edilib. Sərginin hər bir ziyarətçisi stendimizi ziyarət etməklə, sanki Səngəçal terminalının şəxsən ziyarət edərək  terminalın bölmələri arasında gəzişirmiş kimi, virtual reallığa düşə biləcək.

Sərgiyə yalnız sənaye nəhənglərinin nümayəndələri ilə deyil, eyni zamanda, Azərbaycan bazarında fəaliyyət göstərən nisbətən kiçik şirkətlər ilə də daha çox tanış olmaq və beləliklə də, məqsədyönlü peşəkar əlaqələri genişləndirmək istərdik.


Tərəfdaşlar