Xəbərlər

CASPIAN OIL & GAS - Caspian Oil & Gas 2018 sərgi və konfransının və Caspian Power 2018 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Caspian Oil & Gas 2018 sərgi və konfransının və Caspian Power 2018 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

24.05.2018

Xəbərlər

“Hyatt Regency” mehmanxanasında 24 may saat 15:00-da 25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfrans, Caspian Oil & Gas 2018 və 8-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji, Caspian Power 2018 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında cənab Ibrahim Əhmədov, SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini, cənab Fərid Məmmədov, “Iteca Caspian” şirkətinin icraçı direktoru, cənab Tofiq Kərimov, “Caspian Oil & Gas” və “Caspian Power” sərgilərinin meneceri və xanım Aynurə Nəzərli, Xəzər Neft və Qaz Konfransının meneceri iştirak ediblər.

Mətbuat konfransında 37 media nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTv, ARB, CBC, Iran TV, Lider, Real Tv, Space Tv, Azertag, APA, Sputnik, Salamnews, Oilgas.az və s. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin iştirakçılar, ənənəvi “Caspian Oil & Gas” konfransının proqramı və sponsorlar barədə ətraflı məlumat təqdim olunmuşdu.


Tərəfdaşlar