Xəbərlər

CASPIAN OIL & GAS - İşgüzar qəlyanaltı “Caspian Oil and Gas” sərgisinin iştirakçıları üçün

İşgüzar qəlyanaltı “Caspian Oil and Gas” sərgisinin iştirakçıları üçün

15.05.2018

Xəbərlər

15 may tarixində Hyatt Regency Baku mehmanxanasında “Caspian Oil and Gas” sərgisinin təşkilatçıları işgüzar səhər yeməyi təşkil ediblər. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş kouç Fidan Əzimli  (ALPHA COACHING and CONSULTING)  tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcəklər.


Tərəfdaşlar