“Baku Steel Company” QSC istehsal gücü 1.000.000 ton olmaqla Qafqazın ən böyük metallurgiya zavodudur. Şirkətin rəsmi açılışı Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 2001-ci ilin iyun ayının 21-də keçirilmişdir.
2016-ci ildən "BSC" dairəvi boru pəstahının istehsalına başlamışdır və boru istehsalı tam olaraq yerli xammaldan istehsal olunmaqdadır.
Müəssisədə müxtəlif ölçü və markalarda tikişsiz polad borular, kvadrat pəstahlar 100-150 mm, dairəvi pəstahlar 130-250 mm, armaturlar 10-32 mm, şvellerlər 80-160 mm, künclüklər 40-125 mm, dairəvi polad çubuqlar 10-40 mm, kvadrat polad çubuqlar 12-18 mm, ikitavrlar 100-160 mm, katankalar 5,5-8 mm və fasonlu polad tökmə məhsulları, o cümlədən çeşidli yayma xətti və boru yayma valları istehsal edilir. Cari ildən başlayaraq korroziyaya davamlı tikişsiz borular istehsal olunur.
İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Ukrayna, Türkmənistan, Avropa birliyi ölkələri, Hindistan və digər ölkələrə öz məhsullarını ixrac edir.