Rəylər

“İnanıram ki, özünün çoxillik təcrübəsi sayəsində sərgi və konfransınız aktual mövzulu dolğun məruzələrlə, müzakirə və fikir mübadilələri ilə qarşılıqlı anlaşma mühitində geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açacaq və səmərəli əməkdaşlığa töhfələr verəcəkdir”.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

“Heydər Əliyev tərəfindən neft strategiyasının reallaşmasında Xəzər Neft və Qaz sərgisi xüsusi rol oynayır. Sözsüz ki, 26 il ərzində keçirilən bir sərgi böyük tarixə malikdir, artıq bir ənənədir və bölgədə ən önəmli tədbirlərdən biridir. Azərbaycan Respublikası Energetika Nazirliyi öz tərəfindən hər zaman bu sərgiyə dəstək verib. Ümid edirəm ki, Xəzər Neft və Qaz bundan sonrakı illərdə də öz fəaliyyətini davam edəcək, iştirakçi ölkələrin və şirkətlərin sayı daha da artacaq və sərgi Azərbaycanın neft, qaz və energetika sahəsinə marağını geniş nümayiş etdirəcəkdir”.


Pərviz Şahbazov
Azərbaycan Respublikasının energetika naziri

 

“Xəzər Neft və Qaz sərgi və konfransı Azərbaycanın regionlararası energetika qovşağına çevrilməsi istiqamətində göstərdiyimiz birgə fəaliyyətlər baxımından effektiv kommunikasiya platformasıdır. Ölkəmizdə enerji resurslarının axtarışı, hasilatı, emalı və dünya bazarına çıxarılması, təchizat marşrutlarının diversifikasiyası, regionda təhlükəsizliyin təminatı məqsədi ilə həyata keçirilən irimiqyaslı layihələr çərçivəsində beynəlxalq tərəfdaş şirkətlər ilə münasibətlərin inkişaf etdirilməsi, qarşılıqlı etimada əsaslanan uğurlu əməkdaşlığımızın daha yüksək səviyyəyə qaldırılması baxımından, bu cür tədbirlərin keçirilməsi olduqca əhəmiyyətlidir. Mən inanıram ki, iştirakçılar tərəfindən 26-cı Xəzər Neft və Qaz sərgi və konfransında nümayiş etdirilən yeniliklər, aparılan müzakirələr, eləcə də səslənən fikir və məruzələr dünya neft sənayesinin gələcək inkişafında yeni perspektivlər açacaq, gələcək layihə və işlərin planlaşdırılması baxımından faydalı olacaqdır”.


Rövnəq Abdullayev
SOCAR-ın prezidenti

 

“Biz iki gün ərzində (həm konfrans çərçivəsində, həm də ondan kənarda) maraqlı görüşlər keçirmişik və bu görüşlərdə iki ölkənin aparıcı şirkətləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Mən sərgi və konfransın təşkilatçılarına təşəkkür edirəm və məlumat verə bilərəm ki, “KazMunayQaz” şirkəti gələn il öz stendi ilə bu sərgidə iştirak etməyi planlaşdırır”.

Kurmanqazı İskaziev
“KazMunayQaz Milli Şirkəti”  SC-nin İdarə heyəti sədrinin kəşfiyyat, hasilat və neft xidmətləri üzrə müavini