Sərgi haqqında

Hər il keçirilən “Caspian Oil & Gas” neft-qaz sahəsinin ən yüksək səviyyəli rəhbər və mütəxəssislərini bir araya gətirir. Ötən ildən başlayaraq Xəzər Neft və Qaz sərgisi Bakı Enerji Həftəsi çərçivəsində keçirilir. “Caspian Oil & Gas” sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı meydançaya çevrildi. Sərgi və konfrans iştirakçıları arasında qlobal neft və energetika sektorunun aparıcı şirkətləri yer alır. 


27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi ümumi statistika 2022:

Sərgi sahəsi  : 4345  kv.m
Ölkələrin sayı  : 31
İştirakçıların sayı : 250
Ziyarətçilərin sayı : 5946


Sərgi bölmələri

  • Neft və ya qaz yataqlarının işlənməsi; geofizika və geologiya
  • Qaz və neft quyularının tikintisi və istismarı
  • Boruların çəkilməsi və boru kəmərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi
  • Neft-qaz emalı və neft-kimya
  • Karbohidrogenlərin daşınması
  • Enerji sektorunda tikinti-quraşdırma işləri
  • Neft və qaz anbar sistemlərinin təmin edilməsi

 

Ziyarətçilər üzrə top ölkələr

  • Rusiya Federasiyası 
  • Türkiyə 
  • İran 
  • Qazaxıstan 
  • BƏƏ 

 

Ziyarətçilər əsas fəaliyyət növü üzrə

  • Baş mühəndislər 
  • Şirkət rəhbərləri 
  • Neft və Qaz Sektoru üzrə mütəxəssislər 
  • Şöbə rəhbərləri 
  • Satış menecerləri 
  • Satınalma menecerləri 
  • Şirkətlərin baş direktorlarının müavinləri 
  • Logistika Menecerləri 
  • Şirkətin İnkişaf Menecerləri 
  • Marketinq Menecerləri 
  • HR menecerləri 
  • Geoloqlar 
  • Mexanika 
  • Tədqiqatçılar 
  • Təhlükəsizlik Menecerləri 
  • Geofizika texnoloqları 
  • İnformasiya Texnologiyaları nümayəndələri 

Tərəfdaşlar