25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Hörmətli xanımlar və cənablar!

 
7 sentyabr tarixində “Hyatt Regency” otelinin İclas və Konfrans Mərkəzində «Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli» mövzusunda praktiki seminar keçiriləcək.

Vaxtınız bizim üçün  qiymətli, etimadınız isə dəyərlidir və buna görə də seminar yalnız tətbiqi xarakter daşıyır:

  • Cansıxıcı nəzəriyyə və məzmunsuz, “boş” danışıqlar yoxdur! Yalnız praktika!
  • Sadə dildə izah. Yüksək dinamika.
  • Maksimum faydalı və əyani məlumat.
  • Sərgilərdə uğurlu iştirak ilə bağlı real həyatdan götürülmüş misallar.
  • Növbəti sərgidə sizin üçün faydalı olacaq ən yaxşı sərgi texnologiyaları, sınanmış həll variantları və yeni ideyalar!

 

Seminarın məqsədləri: sərgilərdə iştirak təcrübənizi sistemləşdirmək və daha da zənginləşdirmək, “özünüzə kənardan nəzər salmaq” və geniş yayılmış xəta və stereotiplərdən uzaqlaşmağınıza şərait yaratmaq, habelə sərgilərdə maksimum nəticələr əldə etmək üçün nə etmək, ən əsası isə NECƏ etmək lazım olduğunu göstərmək.

 

Seminarın lehinə olan əsas arqumentlər:

  • iştirakçılar təsdiq edirlər ki, seminarda eşitdikləri tövsiyələr çox faydalıdır, belə ki, sərgidə hədəf ziyarətçilərlə qurulan əlaqələrin sayı (bəzən 2-3 dəfə!) artır (bax: “Seminar barədə deyilənlər”);
  • seminara bir dəfə gələnlər növbəti dəfə yenidən bu tədbirə baş çəkir və bunu başqalarına da tövsiyə edirlər;
  • seminar hətta təcrübəli sərgi iştirakçılarının da gözləntilərini artıqlaması ilə doğruldur.

 

Keyfiyyətə zəmanət

  • Seminarın aparıcısı “Sərgilərdən maksimum faydalanmanın yolları” adlı praktiki tədris vəsaitinin müəllifi,  “EkspoEffekt” (“ЭкспоЭффект”) sərgilər üzrə məsləhət agentliyinin Baş direktoru Nikolay Karasev (Rusiya) olacaq.
  • Nikolay Karasevin sərgi sənayesindəki çoxillik iş təcrübəsi, peşəkar pedaqoji təhsili və natiqlik məharəti seminarın yüksək keyfiyyətinə zəmanət verir.
  • Nikolay Karasev 2006-cı ildən etibarən  eksponentlər üçün təxminən 500 uğurlu praktiki seminar keçirib.
  • Əvvəlki seminarların iştirakçıları tərəfindən verilən çoxsaylı rəylərlə tanış olmaq üçün aşağıdakı veb-sayta daxil ola bilərsiniz: http://www.expoeffect.ru/eksponentam/prakticheskiy-seminar-dlya-eksponentov.html 

Qeyd: Seminar rus dilindədir. Azərbaycan dilinə sinxron tərcümə olacaq.

 

Seminarda kimlər iştirak etməlidir?

Bu seminar şirkət rəhbərləri, direktorlar və marketinq, reklam, təşviqat və satış üzrə menecerlər, eləcə də sərgidə iştiraka görə cavabdeh olan şirkət əməkdaşları üçün tövsiyə olunur.

Cəmi bir gün ayırmaqla, sərgilərdən daha çox faydalanmağın yollarını öyrənin!

Seminarda iştirak:

 

1 iştirakçı:                149 AZN
Hər əlavə iştirakçı:     130 AZN

Qeyd: Ödəniləcək hesab-fakturanın ümumi məbləğinə ƏDV əlavə olunacaq.   

 

Qiymətə birgünlük seminarda iştirak üçün qeydiyyat, eləcə də nahar və qəhvə fasilələri daxildir.

 

Seminarın təşkilatçısı qismində “İteca Caspian şirkətinin tərəfdaşı  Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

 

Seminarın proqramı: Program_Practical_Seminar_AZ.docx
İştirak etmək üçün ərizə forması: Contract_Practical_Seminar_AZ.docx

Daha ətraflı məlumat üçün Sevinc Hüseynova ilə əlaqə saxlamağınız xahiş olunur.

E-mail: events@ceo.az
Mobile: 077 277 70 38

Xəbərlər

Bütün xəbərlər