25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - “Caspian Oil & Gas 2016” sərgisi: dünya enerji daşıyıcıları sənayesinin səmərəli layihə və perspektivləri

“Caspian Oil & Gas 2016” sərgisi: dünya enerji daşıyıcıları sənayesinin səmərəli layihə və perspektivləri
04.06.2016

Xəbərlər

Bu gün Bakı Ekspo Mərkəzində keçirilən 23-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2016” sərgi və konfransının sonuncu iş günüdür. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev bu sərgi və konfransı yüksək qiymətləndirib. “Caspian Oil & Gas 2016” sərgisinin təntənəli açılış mərasimində çıxış edən Ölkə başçısı qeyd etdi ki, Azərbaycan bu sərgi sayəsində bütün dünyaya öz neft potensialını nümayiş etdirir və əsrin irimiqyaslı layihələrini reallaşdırmaq üçün dünyanın enerji nəhəngləri ilə qurduğu əməkdaşlıq xüsusunda ictimaiyyəti məlumatlandırır.  

Hər il sərgi və konfransda bir araya gələn yüksək rütbəli qonaqlar tədbirin açılış mərasimində iştirak edirlər. ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun Enerji diplomatiyası üzrə Dövlət katibinin müavini cənab Robin Dunniqan “Caspian Oil & Gas 2016” sərgi və konfransının qonaq və iştirakçılarına ABŞ Prezidenti Barak Obamanın salamlama məktubunu oxudu. Böyük Britaniya Baş nazirinin Azərbaycanda ticarət məsələləri üzrə xüsusi elçisi Baronessa Emma Nikolson isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri c-b Devid Kemeronun salamlama məktubunu səsləndirdi.

Bu məktublarda Azərbaycanın energetika sahəsində mühüm rolu və beynəlxalq əməkdaşlıqların səmərəliliyi ilə yanaşı, həm regionun, həm də Avropanın enerji təhlükəsizliyi üzrə müasir meqa-layihələrə dəstək və rəğbət qeyd olunurdu.

Xəzər regionunun energetika sahəsi üzrə nəhəng tədbiri uzun illər ərzində etibarlı işgüzar əlaqələrin qurulduğu, qarşılıqlı faydalı müqavilələrin imzalandığı və layihələrin uğurla həyata keçirildiyi platformaya çevrilib. Hər il sərgini 10 mindən artıq yerli və xarici mütəxəssis, habelə nəhəng neft-qaz şirkətlərinin tanınmış rəhbərləri ziyarət edir. Bu il tədbir dünyanın 30 ölkəsini təmsil edən 240 şirkəti bir araya toplaşıb və burada texniki və elmi təfəkkür vektorları ilə enerji daşıyıcıları sənayesinin ən müxtəlif mütəxəssislərinin maraqları kəsişir. Tədbirdə iştirakçı və ziyarətçilərin səmərəli iş və peşəkar ünsiyyəti üçün lazımı şərait yaradılmışdır. Sərginin qonaqları arasında Belçika, İspaniya, Qazaxıstan, Çin, Polşa, Portuqaliya və digər ölkələrdən gələn nümayəndələr var. Kimya sənayesi və kimyəvi istehsal sahəsi üçün xammal təklif edən şirkətlər sərgi platformasının böyük sahəsini əhatə edir.

İştirakçılar sərginin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, “Iteca Caspian” şirkəti ilə əməkdaşlığın nəticələrini müsbət qiymətləndirdiklərini bildirdilər.

Azərbaycanın aparıcı şirkətləri və neft-qaz sənayesinin liderlərindən ibarət olan sponsorlar qrupu sərginin yüksək statusunu əks etdirir. Ənənəvi olaraq, “Caspian Oil & Gas” sərgisinin Baş sponsoru qismində SOCAR çıxış edir. Bu il tədbirin qızıl sponsorları “BP” və “Petronas” şirkətləri, gümüş sponsoru isə “Bos Shelf”  şirkətidir. Tədbirin digər sponsorları arasında “Azeri M-I Drilling”, “Caspian Marine Services”, “Caspian Drilling Company”, “Global Energy”, “GMS”, “AZFEN J.V.”, “Hidromaşservis”, “RussNeft”, “SOCAR Polymer” və “Tekfen Construction” şirkətləri yer alır.

Beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgilərə fəal şəkildə dəvət edən “ITE Group plc” şirkətinin ofislər şəbəkəsi – “ITE London”, “ITE Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR), “ITE Gulf” (BƏƏ), “ITE Poland” və “ITE Malaysia” şirkətləri bu sərgi layihəsi üzərində işə cəlb olunublar. Artıq 11 ildir ki, “Caspian Oil & Gas” sərgisi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanına layiq görülür. Bu nişan sərgilərin bütün beynəlxalq standartlara uyğun olduğunu göstərir.

Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) “Caspian Oil & Gas” sərgisinə dəyərli dəstək verir. “Caspian Oil & Gas” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group plc” şirkətləri çıxış edirlər.


Xəbərlər

Bütün xəbərlər