25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Gözəl sərgi, çoxsaylı ziyarətçi və əla perspektivlər!

Gözəl sərgi, çoxsaylı ziyarətçi və əla perspektivlər!
02.06.2016

Xəbərlər

Fyodor Fan, “Shandong Kerui Petroleum Equipment Co., Ltd” (“Kerui Group”) şirkətinin Azərbaycan filialının kommersiya məsələləri üzrə direktoru

–  Bizim şirkət üç ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. İyirmi il ərzində neft-qaz sənayesi üçün avadanlıqlar istehsal edən “Shandong Kerui Petroleum Equipment Co., Ltd” şirkəti həm Çində, həm də bir sıra digər ölkələrdə uğurla və dinamik şəkildə inkişaf edir. “Kerui” şirkətində 8 min nəfərdən artıq əməkdaş çalışır. Bizim şirkət bütün dünyada neft-qaz avadanlıqlarının tanınmış layihəçi, istehsalçı və təchizatçısı hesab olunur. Şirkətin bütün dünyada 57 ofis və törəmə müəssisəsi var. “Kerui Group” əsas məhsulları qazma qurğuları, mancanaqlar, nasos ştanqları, sualtı nasoslar, quyu başlığı üçün avadanlıqlar, fontan armaturları, boru və kompressorlar, eləcə də azot qurğuları və digər məhsullar olan altı zavodun sahibidir.

–  “Xəzər Neft və Qaz” çox gözəl sərgidir və burada xeyli sayda ziyarətçi var. Hətta ölkə prezidenti də bu tədbiri ziyarət edir. Biz ikinci dəfədir ki, bu sərgidə iştirak edirik, lakin əvvəllər bu tədbiri dəfələrlə ziyarət etmişik. Sərginin ilk iş günü ərzində tanınmış neft şirkətlərinin bir neçə nümayəndəsi bizin stendimizi ziyarət edərək, “Shandong Kerui Petroleum Equipment Co.,Ltd” şirkəti ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirdilər. Çox güman ki, bizim şirkət yaxın vaxtlarda bir neçə müqavilə imzalayacaq.


Xəbərlər

Bütün xəbərlər