25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Biz böyük ziyarətçi axınının olacağını gözləyirik!

Biz böyük ziyarətçi axınının olacağını gözləyirik!
02.06.2016

Xəbərlər

Luidji DeAprea, “ICE Italian Trade Agency” şirkətinin direktoru

- İtaliya İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən “ICE Italian Trade Agency” Dövlət Agentliyi İtaliyanın iqtisadi və ticarət əlaqələrini xarici ölkələrdə inkişaf etdirmək, xaricdən ölkəyə investisiya axınını təmin etmək və Azərbaycanda İtaliya biznesini genişləndirmək məqsədi ilə təsis olunub. Biz bu məqsədlə İtaliya şirkətlərinə yerli bazarın xüsusiyyətləri barədə məlumat verir, digər ölkələri təmsil edən şirkətlərlə əməkdaşlıq əlaqələri qurmağa çalışırıq. Bu mənada hazırkı sərgi əvəzsizdir! Biz tədbirin təşkilatçılığından və təşkilatçıların hər bir müştəriyə yanaşma tərzindən çox razıyıq.

Hazırda bizim stenddə klapan və ventillərdən tutmuş qaz detektorlarına qədər neft-qaz sektoru üzrə yüksək keyfiyyətli xidmət və məhsulların təqdimatını həyata keçirən 15 italyan şirkəti təmsil olunur. Biz bu gün xüsusi ilə böyük ziyarətçi axınını gözləyirik, çünki biz bu sektorda fəaliyyət göstərən bütün yerli şirkətlərə məlumat verərək stendimizə dəvət etmişik. Biz əməkdaşlıq əlaqələri qurmağa və müqavilələr imzalamağa nail olacağımıza ümid bəsləyirik, belə ki,  bunu hamılıqla çox istərdik! 


Xəbərlər

Bütün xəbərlər