25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Biz sərginin ilk iş günündə “Total”, “BP” və ARDNŞ nümayəndələri ilə tanış olduq

Biz sərginin ilk iş günündə “Total”, “BP” və ARDNŞ nümayəndələri ilə tanış olduq
02.06.2016

Xəbərlər

Evaldas Gidra, “Peco Facet” şirkətinin Şərqi Avropa üzrə  satış mühəndisi

– Almaniyanın “Peco Facet” şirkəti neft-qaz sənayesi üçün filtr-kartriclər, filtr korpusları və separatorların istehsalı ilə məşğuldur. Bizim şirkət ABŞ-ın Texas ştatında təsis edilib, “Peco Facet” şirkətinin ofislərindən biri isə Almaniyada yerləşir. Həmçinin, Avstraliya, İtaliya, İspaniya və Malayziyada da şirkətin ofisləri fəaliyyət göstərir. Buna görə də, “Peco Facet” şirkəti beynəlxalq əməkdaşlıq baxımından, Azərbaycan bazarının öyrənilməsinə maraq göstərir. Biz bu sərgidə debüt edirik və necə deyərlər, hələ daimi iştirakçı ənənələrinə malik deyilik. Lakin buna baxmayaraq, biz “Xəzər Neft və Qaz” sərgisinin ilk iş günündə “Total”, “BP” və ARDNŞ kimi nəhəng şirkətlərin nümayəndələri ilə tanış olduq. Bizim müəyyən planlarımız var, lakin bu barədə danışmaq hələ tezdir – gəlin bunu peşəkar marketinq strategiyası hesab edək.

Sərgi çox müsbət təəssürat yaradır və ən əsası da, müxtəlif şirkətlərlə faydalı əməkdaşlıq üçün münbit zəmin hazırlayır. Deməli, tədbir əla təşkil olunub!


Xəbərlər

Bütün xəbərlər