25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - “Gaz Souzan” şirkəti Bakıda fəaliyyətə başlamağı planlaşdırır

“Gaz Souzan” şirkəti Bakıda fəaliyyətə başlamağı planlaşdırır
02.06.2016

Xəbərlər

Farzam Hicazi, “Gaz Souzan” şirkətinin ixrac və satış şöbəsinin rəhbəri

– Sərginin ilk iş günündə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev bizim stendimizi ziyarət etdi və biz də öz növbəmizdə, ölkə başçısına şirkətimizin məhsullarını nümayiş etdirməklə yanaşı, birgə əməkdaşlıq imkanlarını da müzakirə etdik. Bu isə faydalı əməkdaşlıq baxımından bizi ümidləndirir!

Bizim şirkət İranın milli qaz şirkətinin avadanlıqlar üzrə eksklüziv təchizatçısıdır. “Gaz Souzan” şirkəti 1980-ci ildə təsis edilib və istənilən növ qazölçmə, qaztənzimləyici və qazpaylayıcı avadanlıqların istehsalı, satışı və idxalı ilə məşğuldur.

Şirkətin planları arasında Bakıda fəaliyyətə başlamaq yer alır və bu baxımdan, "Beynəlxalq Xəzər Neft və Qaz" sərgisi bizim üçün əlavə imkan yaradır. Biz ilk dəfədir ki, öz məhsullarımızı Azərbaycanda təqdim edirik. Sərgi öz üstünlükləri ilə müsbət mənada diqqəti cəlb edir - burada aktual stendlər və yaxşı təşkilatçılıq müşahidə olunur. Sərgi ekspozisiyaları da çox rahat yerbəyer olunub. Sərgidə xeyli sayda insan stendimizə yaxınlaşaraq avadanlıqlarımızla tanış olur, suallar verirlər. Sərginin ikinci iş günü hələ yeni başlayır və mən əminəm ki, bu gün çox səmərəli olacaq!

 


Xəbərlər

Bütün xəbərlər