25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Sərgi faydalı formatı

Sərgi faydalı formatı
01.06.2016

Xəbərlər

Emil Nəsirov, Total E&P Absheron” şirkətində əməyin mühafizəsi və sənaye təhlükəsizliyi üzrə mühəndis

– Hazırda şirkətimizin prioritet istiqaməti “Abşeron” yatağında aparılan işlərdir və “Total E&P Absheron” şirkəti layihəmizin hansı mərhələdə olması barədə geniş ictimaiyyəti məlumatlandırmaq istəyir. Sərgi bu tapşırıq baxımından çox münasib platformadır. Ziyarətçilər bizim perspektivlərimiz və planlarımız barədə suallarla bizə müraciət edirlər və biz bu sərgidə iştirak sayəsində onlara məlumat verə bilirik. .

“Total” bütün dünyada neft-qaz hasilatı ilə məşğul olan fransız şirkətidir və dünyanın 130 ölkəsini əhatə edən ən geniş coğrafi çevrəyə malikdir. Müxtəlif illər üzrə statistik məlumatlara əsasən, hazırda “Total” şirkəti hasilatın həcmi və neft ehtiyatı baxımından sabit olaraq 3-4-cü yerləri tutur. “Total” şirkəti Azərbaycanda artıq 20 ildir ki, fəaliyyət göstərir. Biz Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisində böyük məmnuniyyətlə iştirak edirik. Bu tədbir çox faydalı platformadır və işgüzar münasibətlərin qurulması, eləcə də bir neçə müqavilənin imzalanması baxımından yaxşı fürsətdir. Mən sərginin formatını, onun təşkilati strukturunu çox bəyənirəm. Burada həm Azərbaycanda işləyən, həm də bu sərgidə iştirak etmək üçün xaricdən gələn qonaqlardan ibarət xeyli sayda insan var.

 


Xəbərlər

Bütün xəbərlər