25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Qara dəniz sahillərindəki Kulevi terminalının perspektivləri

Qara dəniz sahillərindəki Kulevi terminalının perspektivləri
01.06.2016

Xəbərlər

Kərim Quliyev, “Black Sea Terminal LLC” şirkətinin Baş direktoru

– 2006-cı ilin dekabr ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanın Qara dəniz sahillərindəki Kulevi terminalın tikintisini davam etdirmək qərarına gəldi. Terminal 2008-ci ildə istismara buraxılıb, neft məhsullarının daşınmasına isə iyun ayında start verilib və hazırda Kulevi terminalından neft daşımalarının həcmi ildən-ilə artır. Terminaldakı menecment sistemi üzrə bütün proseslər beynəlxalq standartlara tam cavab verir.

Yaxın vaxtlarda Qara dəniz sahillərindəki terminalın gücünün artırılması planlaşdırılır. Terminalın ümumi gücü il ərzində 10 milyon tin neft məhsulu, o cümlədən üç milyon ton mazutdan ibarətdir. Biz hazırkı sərgidə öz terminalımızın hazırkı və perspektiv xüsusiyyətlərini ətraflı şəkildə təqdim edirik.

Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi fəaliyyətə başladığı ilk gündən etibarən, biz hər il bu tədbirdə iştirak edirik və qeyd etmək istərdim ki, sərgi ildən-ilə bizi daha çox heyran edir. Biz burada qarşılıqlı faydalı əlaqələr qurmaq, iştirakçılarla perspektivləri müzakirə etmək, görüşlər keçirmək və necə deyərlər, müsbət təəssürat yaratmaq niyyətindəyik.


Xəbərlər

Bütün xəbərlər