25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Azərbaycan Prezidenti İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışında iştirak edib
01.06.2016

Xəbərlər

İyunun 1-də Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə “ITE Group Plc” şirkətinin nümayəndəsi Endryu Vud çıxış edərək mərasim iştirakçılarını salamladı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunnigan çıxış edərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxudu.

Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson çıxış edərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunu oxudu.

Çıxışlardan sonra dövlətimizin başçısı sərgi ilə tanış oldu.


Xəbərlər

Bütün xəbərlər