25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Caspian Oil & Gas 2016 sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Caspian Oil & Gas 2016 sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
31.05.2016

Xəbərlər

Bu gün 31 may saat 12:00-da «Trend» informasiya agentliyində 23-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfrans, "Caspian Oil & Gas 2016" və 6-cı Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji, "Caspian Power 2016" sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında cənab “Iteca Caspian” şirkətinin icraçı direktoru cənab Fərid Məmmədov, cənab Tofiq Kərimov, Xəzər Neft və Qaz Sərgisinin meneceri və xanım Aynurə Nəzərli, Xəzər Neft və Qaz Konfransının meneceri iştirak etdilər.

Mətbuat konfransında 30-dan çox media-nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTV, ANS TV, AzərTac, CBC, Lider TV, Xəzər TV, Trend və s. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin iştirakçılar, ənənəvi “Caspian Oil & Gas” konfransının proqramı və sponsorlar barədə məlumat aldılar.


Xəbərlər

Bütün xəbərlər