25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Sərgi ilinin yekunları – 2017

Sərgi ilinin yekunları – 2017
15.01.2018

Xəbərlər

2018-ci ildə “Iteca Caspian” şirkəti həm ölkə, həm də region üçün aktual və əhəmiyyətli mövzuları ehtiva edən 17 sərginin keçirilməsini planlaşdırır: “AITF” (turizm), “Horex Caucasus” (qonaqcıllıq), “WorldFood Azerbaijan” (qida sənayesi), “IPACK Caspian” (qablaşdırma), “Caspian Oil&Gas” (neft və qaz), “Caspian Power” (energetika), “TransCaspian/Translogistika” (nəqliyyat), “Road&Traffic” (yol infrastrukturu), “BIHE” (səhiyyə), “Beauty Azerbaijan” (estetik tibb), “WorldBuild Baku” (inşaat), “Aquatherm Baku” (istilİk və kondisiyalaşdırma), “Securika Caspian” (mühafizə və təhlükəsizlik). Keçirilən sərgilər sənayenin inkişafına təsir etməklə yanaşı, bütövlükdə ölkə iqtisadiyyatına da müsbət təsir göstərir. 2018-ci ildə əsas diqqət Azərbaycanda sərgi sənayesi tarixinin təməlini qoyan yubiley Xəzər Neft və Qaz sərgisinə yönəldiləcək. 2018-ci ildə müstəqil Azərbaycanın ilk ixtisaslaşdırılmış ticarət və sənaye sərgisi - Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil&Gas” sərgisi öz 25 illik yubileyini qeyd edir. Sözügedən sərgi ilk dəfə 1994-cü ilin may ayında, “Əsrin Müqaviləsi”nin imzalanmasından qısa müddət əvvəl keçirilmişdir. Həmin vaxt Azərbaycanda neft-qaz sərgisinin keçirilməsi təşəbbüsü Ümummilli lider Heydər Əliyev tərəfindən dəstəklənmişdi. O vaxtdan etibarən, Xəzər Neft və Qaz sərgisi gələcək əməkdaşlıq haqqında memorandum, saziş və müqavilələrin imzalandığı, neft, qaz və enerji sahəsində qabaqcıl mütəxəssislərin görüşdüyü məkana çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev hər il sərgini ziyarət edərək tədbirin açılış mərasimində iştirak edir. Azərbaycan Respublikası Energetika Nazirliyi və SOCAR şirkəti sərgiyə yaxından dəstək göstərir. Hər il sənayenin ən mühüm fiqurları bu sərgidə iştirak edir, bir sıra şirkətlər isə sərgi və konfransın sponsoru qismində çıxış edirlər. Təntənəli yubiley münasibəti ilə dünyanın müxtəlif ölkələrini təmsil edən qonaqlar sərgiyə dəvət olunub. Həmçinin sərginin təşkilatçıları tərəfindən xüsusi tədbirlər proqramının da keçirilməsi planlaşdırılır.

2017

2017-ci ilin oktyabr ayında Azərbaycanda növbəti beynəlxalq sərgi və konfranslar mövsümü uğurla başa çatmışdır. 2017-ci il ərzində Xəzəryanı regionun aparıcı sərgi şirkəti olan “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkəti birlikdə 17 ixtisaslaşdırılmış sərgi və konfrans təşkil ediblər. “Iteca Caspian” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Energetika Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi, Azərbaycan Memarlar İttifaqı, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, TRACECA, Azərbaycan Stomatoloji Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK). Beynəlxalq qurumları tərəfindən “AITF” sərgisinə BMT-nin Dünya Turizm Təşkilatı və Asiya-Sakit okean Turizm Assosiasiyası dəstək göstərilmişdi. Həmçinin bir sıra sərgilər “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən keyfiyyət nişanına layiq görülüblər. Ölkə başçısı cənab İlham Əliyev bir sıra sərgiləri, onların arasında “AITF”, “WorldFood Azerbaijan”, “Caspian Oil and Gas” sərgilərini ziyarət etmiş və bir sıra sərgilərin iştirakçılarına salamlama məktubu ünvanlanmışdır. Həmçinin, sərgiləri Azərbaycan Respublikasının nazirləri və sahənin nazirliklərinin başqa rəsmiləri ziyarət ediblər.

2017-ci ildə Bakı şəhəri regionun işgüzar qovşağı olduğunu beynəlxalq müstəvidə təsdiq etdi. Keçirilən sərgiləri xarici ölkələrdən 50-dən çox yüksək rütbəli qonaqlar ziyarət ediblər:  Xose Mariya Botelyo de Vaskonselos - Anqolanın neft naziri, Yulian-Robert Tudoraçe - Rumıniyanın energetika nazirinin müavini, Robin Dannigan - ABŞ Dövlət Departamentinin Energetika Resursları Bürosunun Dövlət katibinin Energetika diplomatiyası üzrə müavini, Valeriy Malaşko - Belarus  Respublikasının Səhiyyə Naziri, Jiri Şir - Çex Respublikası kənd təsərrüfatı nazirinin müavini, Georgi Çxeidze - Gürcüstanın kənd təsərrüfatı nazirinin müavini, Vladimir Vladimirov - Stavropol diyarının qubernatoru, Rəbiyyət Zakavova -  Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq nazir vəzifəsinin müvəqqəti icraçısı və s.

2017-ci ildə keçirilən sərgilərdə dünyanın 40-dan çox ölkəsini təmsil edən 1 301 iştirakçı şirkət, habelə Azərbaycan və qonşu ölkələrdən 33 000-dən çox ziyarətçi iştirak etmişdir. 2017-ci ildə milli qruplar 22 milli və regional stend ilə sərgidə iştirak etmişdir: Almaniya, Belarus, Bolqarıstan, BƏƏ, Çex Respublikası, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, İran, İtaliya, Mərakeş, Polşa, Tailand, Türkiyə, Şri-Lanka, regional stendlər: Roqaşka Slatina (Sloveniya) Stavropol (Rusiya), debütantlar: Dağıstan (Rusiya), Kazan (Rusiya) və Odessa (Ukrayna). Hər il sərgi iştirakçılarının tərkibinə xarici ölkələri təmsil edən yeni iştirakçılar qatılırlar. Bu il ilk dəfə olaraq, Kolumbiya, Kuba və Meksika ölkələri Azərbaycandakı səfirliklərinin dəstəyi ilə sərgidə milli stendlə çıxış ediblər. Sevindirici haldır ki, yerli şirkətlərin stendləri ümumi ekspozisiya sahəsinin təxminən 40%-ni əhatə etmişdir. Azərbaycanın istehsalçı şirkətləri isə sərgilərdə “Made in Azerbaijan” brendi altında fəal iştirak etmişlər.

2017-ci ildə sərgi layihələrinin uğurla həyata keçirilməsində tərəfdaş və sponsorların mühüm rolunu da qeyd etmək lazımdır. Belə ki, 2017-ci ildə sponsorlar qismində SOCAR, BP, Petronas, Turkiye Petrolleri, Azeri M-İ Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company Ltd, Caspian Marine Services (CMS), Global Energy Azerbaijan, RussNeft, SIMONE Research Group, SOCAR Polymer, Tekfen Construction, Inpex, McDermott, Statoil, Caspian Geophysical, Dentons, Fluor, Huawei, Microsoft, Nobel Upstream, Reflex Marine, Schlumberger, Siemens, TAP, Total, Yokogawa, Zenith Energy, Lamor Corporation, NB Group, Caspian Energy, “Dom i İnteryer” (Ev və İnteryer) çıxış ediblər.

2017-ci ildə keçirilən demək olar ki, bütün sərgilər çərçivəsində təşkilatçılar tərəfindən sərginin xarici iştirakçılarını və yerli distribyutorları, habelə istehsalçılar və alıcıları eyni masa ətrafında toplayan əlavə işgüzar platformalar təşkil edilib. “B2B” formatlı görüşlər həm sərgi iştirakçıları, həm də qonaqlar tərəfindən çox müsbət qarşılanmışdır və buna görə də təşkilatçılar bu təcrübəni 2018-ci ildə də davam etdirmək istəyirəlr. “B2B” formatlı görüşlər sərgi iştirakçılarına və peşəkar ziyarətçilərə ikitərəfli görüşlər keçirmək imkanı yaradır. Bu, şirkətlər tərəfindən mal və ya xidmətlərin istehsalı və satışı prosesində qarşılıqlı əlaqələrin yaradılmasına yönəlmiş biznes modeldir.

İlk dəfə olaraq “BIHE” sərgisi çərçivəsində Həkimlər üçün Konqres keçirilibdir. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olub. Konqres çərçivəsində neontologiyanın aktual problemləri, ultrasəs müayinəsi və depressiyanın müalicəsindən bəhs olunmaq, estetik tibbin müasir pəhriz metodları üzrə təqdimatlar keçirilibdir. Konqresin sonunda sertifikatlar təqdim olunubdur.

Azərbaycan Memarlar İttifaqı ilə birlikdə sərginin bütün iş günləri ərzində gənc layihəçilərin iştirakı ilə seminar keçirilmişdi. Seminar iştirakçıları sərgidə təqdim olunan tikinti materiallarından istifadə etməklə, 2 gün ərzində yeni layihə yaratmalı idirlər. Layihələrdə məhsullarından istifadə olunan iştirakçılar tədbirlə yaxından maraqlanaraq gənc memarlara maraqlı ideyalar üçün təşəkkür etdilər. Daha sonra Azərbaycan Memarlar İttifaqı ən yaxşı işləri seçərək, qalibləri elə sərgidə də mükafatlandırdılar.

Bu il təşkilatçılar tərəfindən sərgi və konfrans iştirakçıları üçün ekskursiyalar təşkil olunmuşdu. “Caspian Oil&Gas” konfransının təşkilatçıları konfrans nümayəndələri üçün xoş sürpriz hazırlayaraq mövcud tədbirlər proqramına XIX əsrin ortalarında bütün dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna ekskursiya təşkil ediblər. “WorldBuild Baku” sərgisinin eksponentləri üçün isə ən yaxşı rəngkarlıq və heykəltəraşlıq əsərləri toplanan Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyinə ekskursiya təşkil edilmişdi. “Iteca Caspian” şirkəti əl işi yaradıcılığına dəstək proqramını davam etdirir. Belə ki, Xəzər Neft və Qaz “Caspian Oil and Gas” sərgisi çərçivəsində “Umid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətindən əl işləri və rəsm əsərləri təqdim olunub. Bir çox sərgidə, “Active Mom’s Club” Analar Cəmiyyəti əl işləri hazırlayan anaların hazırladıqları unikal naxışları, əl işi olan kuklaları və başqa məhsulları təqdim edib.

Təşkilatçılar tərəfindən sərgi iştirakçıları arasında müntəzəm keçirilən sorğuya əsasən, 2017-ci sərgi ili iştirakçılar üçün uğurlu olmuşdur. Sərgilərin yekunlarına əsasən bir sıra vacib müqavilə və sazişlər imzalanmışdır. “BIHE 2017” sərgisinin birinci iş günü böyük uğurla keçib, belə ki, səhiyyə sektorunun farmakologiya sahəsində bir sıra mühüm saziş imzalanıb. Sərgi çərçivəsində yerli şirkətlər ilə Belarusun “Belmedpreparatı” dərman zavodu və Borisovsk Dərman Preparatları Zavodu arasında dərman vasitələrinin təchizinə dair 5 saziş imzalanıb. Sazişlərin ümumi dəyəri 7.000 000 ABŞ dollarından artıq təşkil edib. Həmçinin sərgi çərçivəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və “Hayat Pharm” ASC respublikada farmakoloji sənayenin yaradılması və inkişaf etdirilməsi üzrə qarşılıqlı Anlaşma Memorandumu imzalayıblar. Sözügedən memorandum iqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov və “Hayat Pharm” şirkətinin Baş direktoru cənab Ramin Hacıyev tərəfindən imzalanıb. Nazir müavinin sözlərinə görə, bu memorandumda Farmakoloji Preparat İstehsalçıları Assosiasiyasının yaradılması ilə yanaşı, dərman preparatlarının ixracı və bu sahədə elmi-tədqiqat fəaliyyətinə investisiya yatırılmasının təşviq olunmasının zəruriliyi qeyd edilib.

Beləliklə, keçirilən sərgilər bir daha sübut etdi ki, yeni müştərilərin və satış bazarlarının müəyyənləşdirilməsi və iştirakçı şirkətlər üçün satış coğrafiyasının genişləndirilməsi sahəsində sərgilər ən təsirli vasitədir. Orta hesabla, hər sərgi üçün təxminən 30% təşkil edən “rebukinq” (növbəti ildə iştirak üçün təkrar qeydiyyat) məlumatları da bunu sübut edir. Təşkilatçılar tərəfindən ilk dəfə təşkil olunan işgüzar səhər yeməkləri WorldFood Azerbaijan, WorldBuild Baku və Aquatherm Baku sərgilərinin hazırlıq prosesində köməkçi vasitə olmuşdur. İşgüzar ziyafətin keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. İşgüzar ziyafət təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching” şirkətinin bələdçisi Ksenika Borisova tərəfindən aparılıb. Ziyafət zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb.

Həm sərgilər, həm də bu sərgilər çərçivəsində keçirilən bütün tədbirlər yerli KİV və beynəlxalq informasiya agentlikləri tərəfindən geniş şəkildə işıqlandırılmışdır. 2017-ci ildə 300-dən çox mətbuat orqanı sərgilərə informasiya dəstəyi göstərmişdir. Sərgilərin “Daily News” adlı rəsmi qəzetinin 6 nömrəsi, habelə hər bir sərgi üzrə rəsmi kataloq nəşr olunmuşdur.

“ITE Group” şirkətinin beynəlxalq şirkətləri Azərbaycan sərgisində iştiraka fəal surətdə cəlb edən tərəfdaşlar şəbəkəsi sərgilərin iş prosesinə cəlb olunmuşdular. Onların arasında “ITE London”, ITE Moscow (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (Çin), “CEM” (BƏƏ). 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), eləcə də “AzExpoMontage” (rəsmi montajçı)  yer alıb. Sərgilərdə “Aqıl və Bilgi” şirkətinin iştirakı ilə uşaq zonası təşkil olunmuşdu.   Böyüklərin sərgidə rahat vaxt keçirməsi üçün “Ağıl və Bilgi” şirkətinin nümayəndələri uşaqları maarifləndirici oyunlar və faydalı məşğuliyyətlərlə əyləndirirdilər.

Beləliklə, sərgi və konfranslar demək olar ki, qeyri-məhdud imkanlar təklif etməklə yanaşı, yeni texnologiya, əlaqə və tərəfdaşları, habelə yeni investisiya axınını cəlb edir.

 


Xəbərlər

Bütün xəbərlər