25-ci Yubiley Beynəlxalq Neft və Qaz sərgisi

5 - 8 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Yubiley yolunda!

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Yubiley yolunda!

03.06.2017

Xəbərlər

3 iyun tarixində Bakı Ekspo Mərkəzində 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və konfransı öz işini yekunlaşdıraraq 25 illik möhtəşəm yubileyinə hazırlığa start verib.

Tədbirin işini yekunlaşdırarkən qeyd etmək lazımdır ki, “Caspian Oil & Gas 2017” sərgi və konfransı öz missiyasını yerinə yetirərək növbəti dəfə Azərbaycan, Belçika, İtaliya, Qazaxıstan, Çin, Polşa, Hollandiya, Yaponiya və bir çox digər ölkələrin sənaye liderləri və sahibkarlarının görüş yerinə çevrilib. Tədbirin debütantları arasında Böyük Britaniya, Rumıniya, ABŞ və digər ölkələri təmsil edən şirkətlər yer alıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Caspian Oil & Gas 2017” sərgi və konfransın əhəmiyyətini, eləcə də bu layihənin effektivlik və miqyasını yüksək qiymətləndirərək, artıq 24 ildir ki, Azərbaycan ilə əməkdaşlıq edən, neft-qaz sənayesinin inkişafına töhfə verən və ölkənin sənaye sahəsində əldə etdiyi nailiyyətləri dünya arenasında nümayiş etdirən sərgi təşkilatçılarına öz minnətdarlığını bildirib.

Forum Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri, sənaye inkişafının sabitliyini növbəti dəfə dünya ictimaiyyətinə nümayiş etdirib, Avropanın energetika problemlərinin həlli ilə bağlı olan XXI əsrin nəhəng layihələrini diqqətə çatdırıb.

“Caspian Oil & Gas” sərgi və konfransı ilə eyni platformada Xəzəryanı regionun enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində yeganə ixtisaslaşmış tədbiri sayılan 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji “Caspian Power 2017” sərgisi keçirilib. Bir-birini uğurla tamamlayan hər iki tədbir bütün regiondan minlərlə mütəxəssisi bir araya toplayıb.

“Caspian Oil & Gas 2017” sərgi və konfransının təşkilatçıları sərgi iştirakçıları və konfrans nümayəndələri üçün xoş sürpriz hazırlayaraq mövcud tədbirlər proqramına XIX əsrin ortalarında bütün dünyada sənaye üsulu ilə qazılmış ilk neft quyusuna ekskursiya təşkil ediblər. Neft sənayesinin mənşəyindən bəhs edən və Bakının inqilabdan əvvəlki və sovet dövründəki tarixini tədqiq edən tanınmış bələdçi və həvəskar tarixçi Fuad Axundovun rəhbərliyi ilə keçirilmiş bu ekskursiyanı qonaqların bir çoxu unikal muzey eksponatı ilə tanışlıq kimi qəbul etdi. Uzaq 1846-cı ildə Bakıdan 10 kilometr qərbdə qazılmış Bibiheybət quyusu ilk neft fontanı ilə əsl sensasiyaya olmuşdur (həmin vaxt quyunun dərinliyi cəmi 21 metr idi). Beləliklə, bu ekskursiya xarici qonaqlar üçün Azərbaycanda neft hasilatının tarixi inkişafının effektli nümunəsinə çevrildi.

Tədbir ziyarətçilərinin ümumi sayı 7000 nəfərdən artıq olub (ziyarətçilərin 85%-ni neft-qaz sənayesinin mütəxəssisləri təşkil edirdi). “Azərbaycan bazarı çox maraqlı və cəlbedicidir” - bu cümləni öz stendlərində hər gün orta hesabla 8-9 işgüzar görüş keçirən bir çox sərgi iştirakçısının dilindən eşitmək mümkün idi. Eksponentlərin yarıdan çoxu növbəti, yubiley 25-ci Xəzər Neft və Qaz sərgisində iştirak etmək təklifini qəbul etdi.

Sərgi və Konfransın təşkilatçıları qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər. Ənənəvi olaraq, uzun illər ərzində sərginin platin sponsoru qismində SOCAR, qızıl sponsor – BP, gümüş sponsor - Turkiye Petrolleri, bürünc sponsorlar qismində isə Azeri M-İ Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company Ltd, Caspian Marine Services (CMS), Global Energy Azerbaijan, RussNeft, Tekfen Construction, Socar Polymer, SIMONE Research Group şirkətləri var. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edib.


Xəbərlər

Bütün xəbərlər