25-ci Yubiley Beynəlxalq Neft və Qaz sərgisi

5 - 8 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Dünya istehsalçısından akkumulyator batareyaları

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Dünya istehsalçısından akkumulyator batareyaları

02.06.2017

Xəbərlər

Yuri Xoteev, “GNB Industrial Power” şirkətinin Energetika və Sənaye Departamentinin rəhbəri

Mən “Exide Technologies” konserninin sənaye bölməsi olan “GNB Industrial Technologies” şirkətini Bakıda keçirilən bu sərgidə ilk dəfə təqdim edirəm. Bizim şirkət qurğuşun-turşulu sənaye akkumulyator batareyalarının aparıcı dünya istehsalçısı kimi yüz ildən artıq fəaliyyət tarixinə və böyük təcrübəyə malikdir. “Exide Technologies” konserninin tərkibinə Almaniya, Fransa, Portuqaliya və İspaniyada yerləşən 11 zavod daxildir. Bu gün biz xalq təsərrüfatının neft-qaz müəssisələri, neft platformaları, kompressor stansiyaları, neft və qaz kəmərləri, “Azərenerji” və “Azərişıq” ASC-nin yarım-stansiyaları, istehsal obyektləri, eləcə də xalq təsərrüfatının bütün sahələrində tətbiq edilən müxtəlif simsiz qidalanma sistemləri kimi müxtəlif sahələrində tətbiq edilən geniş avadanlıq nomenklaturasını təklif edirik.

Biz həmçinin sifarişçilərə operativ sabit cərəyan sistemlərinin tərkibində son həll variantları, o cümlədən akkumulyator batareyaları, sabit cərəyan lövhələri, fasiləsiz enerji təchizatı mənbələri təklif edirik. Biz Azərbaycanda məhsullarımızın satışını distribyutorlar vasitəsi ilə həyata keçiririk. Sərgidə keçirdiyimiz günlər bizim üçün səmərəli olub. Kifayət qədər sifarişçi və yeni tərəfdaşlar qazanmışıq. Demək olar ki, bütün sahələrdə, o cümlədən energetika, neft-qaz və digər sahələrdə bizim avadanlıqlarımızı satın almaq istəyirlər. Yeni təşkilat və sifarişçilərlə tanışlıq üfüqlərinin genişləndirilməsində və əlbəttə, şirkətin dövriyyəsinin artırılmasında ixtisaslaşmış sərgilərin rolu böyükdür. Biz gələn il bu sərgidə növbəti dəfə iştirak etmək məsələsini mütləq nəzərdən keçirəcəyik.


Xəbərlər

Bütün xəbərlər