25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Üç əsas inkişaf istiqaməti

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Üç əsas inkişaf istiqaməti

02.06.2017

Xəbərlər

Çan Sinçen, “Kerui” şirkətinin Ukraynadakı nümayəndəliyinin rəhbəri

Bizim şirkət Çinin Tuin şəhərində yerləşir və 2001-ci ildə təsis edilib Bu gün dünyanın müxtəlif ölkələrində şirkətin 50-dən çox filialı, 8000 nəfərdən artıq tam ştatlı əməkdaşı var. Şirkətin üç əsas fəaliyyət istiqaməti var. Birincisi neft-qaz avadanlıqlarının istehsalıdır. Bura kompressorlar, sanitar-texniki məmulatlar, qazma avadanlıqları, azot qurğuları, preventorlar, qoruyucu borular və digər məhsullar daxildir.

İkincisi, neft xidmətləridir. Bizim şirkətin şəxsi neft servis briqadaları yaradılıb və şirkət neft-qaz hasilatının səmərəliliyinin artırılmasına çalışır. Biz Çin ilə yanaşı, dünyanın ondan artıq ölkəsində də xidmətlərimizi təklif edirik. Biz bu ölkələrdə yerləşən bir sıra neft-qaz yataqlarında qazma və elastik boruların quraşdırılması işlərini həyata keçiririk.

Üçüncü istiqamət isə obyektlərin tikintisidir. Biz yanacaq doldurma məntəqələri və neftayırma zavodları inşa edirik. Şirkət 2013-cü ildə Bakıda öz filialını açıb. Biz ötən dörd il ərzində burada bir sıra kompleks avadanlıqlar, qazma qurğuları üçün ehtiyat hissələr və boruların tədarükünü həyata keçirmişik. ARDNŞ bizim şirkətin tərəfdaşıdır.

Biz Bakıda keçirilən sərgilərdə üç dəfə iştirak etmişik və təşkilatçılara göstərdikləri kömək və xidmətə görə təşəkkürümüzü bildiririk! Ölkənizin iqtisadiyyatının, xüsusilə də neft-qaz sənayesinin inkişafını müşahidə edərək, bu gün burada neft-qaz hasilatını artırmaq üçün yeni texnologiyalar, neft servisi sahəsində xidmətlər təklif edirik. Maraqlı insanlarla tanış olmaq, öz biznesimizi daha da inkişaf etdirmək üçün yeni əlaqələr qurmaq niyyətindəyik. Neft böhranı artıq geridə qalıb və biz əminik ki, indi operatorlar neft-qaz hasilatının həcmini artıracaqlar və  buna görə də hər kəs Azərbaycanda bu sahənin gələcək inkişafının şahidi olacaq.


Xəbərlər

Bütün xəbərlər