25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Yüksək texnologiyalar parkının potensialı

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Yüksək texnologiyalar parkının potensialı

02.06.2017

Xəbərlər

Vüsal Süleymanlı, AMEA Yüksək Texnologiyalar Parkının Baş mütəxəssisi

– Yüksək Texnologiyalar Parkı ölkə prezidentinin 8 noyabr 2016-cı il tarixli fərmanı ilə yaradılıb və bu gün parkda üç bölmə fəaliyyət göstərir. Bunlardan biri bəzi nəqliyyat növləri üçün yağ, o cümlədən naftalan yağını təklif edən təcrübə-sənaye zavodudur. Bizim müştərilər ölkənin aparıcı strukturlarıdır.

İkinci bölmə elm və texnologiya parkıdır. Bu parkın tapşırıqları arasında elektronika və robot texnikası sahəsində inkişaf yer alır və park pilotsuz uçuş aparatlarının (“PUA”) istehsalı sahəsində ixtisaslaşıb. Biz bu gün stendimizdə iki pilotsuz uçuş aparatını təqdim edirik. Onlar 10 km məsafəyə uçuşlar həyata keçirmək, bir saat havada qalmaq və beş kiloqrama qədər yük qaldırmaq iqtidarındadır. PUA “Əqrəb” qazma qurğularında termal aşınma və zədələrin təhlilini aparmağa imkan verən termal kamera ilə təchiz edilib.

Parkın üçüncü bölməsi İngiltərənin tanınmış “Milers Oil” brendi ilə müştərək şəkildə yaradılıb və sənaye təyinatlı nəqliyyat vasitələri üçün məhsul istehsalı sahəsində ixtisaslaşıb.

Bizim park inamlı potensiala malikdir və biz sərginin debütantı kimi ümidvarıq ki, müəssisə gənclərin və özəl şirkətlərin marağına səbəb olacaq. Qeyd etmək lazımdır ki, park ölkənin elm və sənaye potensialına əsaslanan innovativ ekoloji sistemlərin yaradılmasında mühüm rol oynayır.


Xəbərlər

Bütün xəbərlər