25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Alıcı bizim məhsula etimad etməlidir!

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Alıcı bizim məhsula etimad etməlidir!

02.06.2017

Xəbərlər

Elvin Hacıyev, “Technol” şirkətinin təsisçisi

Bizim şirkət 2016-cı ildə təsis edilib. “Technol” şirkəti mühərrik və sənaye yağlarının yeganə istehsalçısıdır. Bizim məhsul çeşidinə 60 adda məhsul daxildir. Bu məhsulların bəziləri bizim stenddə təqdim olunur. Biz qısa müddət ərzində ARDNŞ, “Azərbaycan Dəmir Yolları” QSC və Xəzər Dəniz Donanması ilə işgüzar əlaqələr qurmuşuq.

Bizim böyük planlarımız var – biz məhsullarımızın Bakı və Sumqayıt bazarları ilə yanaşı, Azərbaycanın bütün regionlarında da təqdim edilməsini istəyirik. İxraca gəldikdə isə artıq Türkiyəyə ilk məhsul partiyası göndərilib. Hazırda Gürcüstanı təmsil edən tərəfdaşla danışıqlar aparılır. Azərbaycanda yağ brendinin istehsalı özəl şirkətlər və rəsmi strukturlar tərəfindən maraqla qarşılanıb. Nəzərə almaq lazımdır ki, biz yerli istehsal olan keyfiyyətli “Technol” məhsulunu münasib qiymətə təklif edirik.

Sərgidə iştirakın şirkətin inkişafı baxımından nə dərəcədə mühüm əhəmiyyət kəsb etdiyini real şəkildə dərk edərək bu tədbirdə debüt etmək bizim üçün böyük şərəfdir. Biz insanların müəssisəmizin miqyasını dərk etməsi üçün stendimizdə şirkətin zavodunun maketinin yerləşdirilməsini məqsədəuyğun hesab etdik. Biz bu zavodda məhsulun istehsalı və laboratoriyada keyfiyyətə nəzarətdən tutmuş satışa qədər bütün proseslər üçün məsuliyyət daşıyırıq. Alıcı bizim məhsula etimad etməlidir!


Xəbərlər

Bütün xəbərlər