25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Biz sərgidə dizel və qaz generatorlarını təklif edirik

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Biz sərgidə dizel və qaz generatorlarını təklif edirik

01.06.2017

Xəbərlər

Ergün Yılmaz, “AKSA” şirkətinin marketinq üzrə meneceri

– “AKSA” şirkəti Türkiyənin çoxillik təcrübəyə malik olan dizel-generator texnikalarının tanınmış istehsalçısıdır. Şirkətin məhsulları dünyanın 160 ölkəsinə ixrac edilir və bizim şirkət yüksək keyfiyyətli və etibarlı enerji istehsalı avadanlıqları üzrə liderdir. Biz təxminən 20 ildir ki, yerli bazarda fəaliyyət göstəririk - bizim şirkət burada güclü əlaqələrə və dayanıqlı biznesə malikdir. Həmçinin “AKSA” şirkəti ölkələrimiz arasında müştərək layihələrin mühüm vasitəçisidir.

Energetika sektoru bizim üçün çox vacibdir, biz həmişə yeni məhsullar təklif edir və yeni modellərin üzərində çalışırıq. Bu gün yerli bazara dizel və qaz generatorları təklif edirik. Bizim şirkətin burada öz zavodu olmasa da, etibarlı əlaqələr sayəsində istehsal edilən məhsulu birbaşa tədarük edir, yerli bazarda zəruri kommersiya əməliyyatları həyata keçiririk. Xüsusən,  mən stendimizdə təqdim olunan müxtəlif məhsulları qeyd etmək istərdim. Bu generatorlar qaz stansiyalarında, enerji resursları üzrə işlə əlaqədar olan şirkətlərin tikinti ərazilərində istifadə edilə bilər. Həmçinin bu generator-kabinələr səs-izolyasiya xüsusiyyətlərinə malikdir. Hazırda sifarişçilər “AKSA” şirkətinin 2,2 kV-dan tutmuş 2500 kV-dək bir və ya üç-fazalı elektrik generatorları olan geniş güc diapazonuna malik model xəttindən faydalana bilərlər.


Xəbərlər

Bütün xəbərlər