25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - “Halliburton” şirkətinin peşəkar servisi

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


“Halliburton” şirkətinin peşəkar servisi

01.06.2017

Xəbərlər

Anar Əliyev, “Halliburton” şirkətinin Dövlət orqanları ilə əlaqələr üzrə departamentinin meneceri

– Amerikanın “Halliburton” şirkəti sənayenin neft və energetika sahələri üçün servis xidmətlərinin dünyanda ən böyük tədarükçülərindən biridir. 2018-ci ildə şirkətin 100 yaşı tamam olacaq. Şirkət Azərbaycanda 1998-ci ildən etibarən təxminən 20 ildir ki, fəaliyyət göstərir. Bizim burada 550 əməkdaşımız var ki, bunların 80%-ni yerli işçilər təşkil edir.

Bizim fəaliyyətimizin əsas sahəsi qazma sektoru olsa da, “Halliburton” şirkəti (bütün lazımı infrastrukturun təşkil edilməsi daxil olmaqla) neft kəşfiyyatı və hasilatından tutmuş emal və neftayırmaya qədər bir sıra sahələr üçün məhsul və xidmətlər təklif edir.

Biz bu sərgidə artıq üç ildir ki, stendlə çıxış edirik. Xüsusi fəxrlə qeyd etmək istəyirik ki, VIP-tur zamanı Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev həmişə bizim stendimizi ziyarət edir, şirkətin ekspozisiyası ilə tanış olur.

Biz sərgidə öz  servis və xidmətlərimizi təqdim edirik. Sevindirici haldır ki, bizim Azərbaycanda əməkdaşlıq etdiyimiz bütün müştərilər də bu sərgidə iştirak edirlər. Belə görüşlər dostluq əlaqələrinin və işgüzar münasibətlərin daha da möhkəmləndirilməsinə müsbət təsir göstərir.


Xəbərlər

Bütün xəbərlər