25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Bazarın aparıcı iştirakçıları ilə əməkdaşlıq

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Bazarın aparıcı iştirakçıları ilə əməkdaşlıq

01.06.2017

Xəbərlər

 

Aniello Musella, “Italian Trade Agency” şirkətinin direktoru

– Bizim stend neft-qaz sahəsində müxtəlif layihələrin reallaşdırılması zamanı zəruri olan müasir məhsullar, ən son texnologiyalar və müxtəlif avadanlıqları təqdim edən 15 italyan şirkətini bir araya gətirib. Bu şirkətlərdən 10-nun nümayəndələri birbaşa İtaliyadan gəlib və sərgidə şəxsən iştirak edirlər, qalan beş şirkət isə öz fəaliyyətləri barədə məlumatları əks etdirən kataloqlarla təmsil olunurlar. “Italian Trade Agency” şirkəti İtaliyanın rəsmi təmsilçisidir, bizim pavilyon neft-qaz avadanlıqları və texnologiyalarının satış həcmini artırmaq, məhsulların satış coğrafiyasını genişləndirmək və İtaliya şirkətlərinin avadanlıqlarını seçməyə maraq göstərən yeni sifarişçilər cəlb etmək məqsədi ilə İtaliyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən maliyyələşdirilir.

Biz bu sərgidə dəfələrlə iştirak etmişik və İtaliya şirkətlərinin “BP” və “SOCAR” kimi nəhəng şirkətlərlə görüşlər keçirmək və əməkdaşlıq etmək imkanı əldə etməsi üçün istənilən şəraiti yaratmağa çalışırıq.

Biz bir neçə il ərzində bu mühüm tədbir sayəsində bir sıra əlaqələr qurmağa, faydalı işgüzar münasibətlər yaratmağa və bəzi şirkətlərlə tərəfdaşlıq müqavilələri imzalamağa nail olmuşuq. Pavilyonda təmsil olunan İtaliya şirkətləri nəhəng neft şirkətləri tərəfindən istehsal və texnoloji tapşırıqların həllində istifadə olunan məhsullar istehsal edirlər.


Xəbərlər

Bütün xəbərlər