25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Biz dövlət başçısının göstərdiyi diqqətdən məmnunuq!

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Biz dövlət başçısının göstərdiyi diqqətdən məmnunuq!

01.06.2017

Xəbərlər

Sevda Qocayeva, “Turkish Petroleum” şirkətinin inzibati və texniki məsələlər üzrə mütəxəssisi

– Biz artıq 23 ildir ki, Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edirik. “Turkish Petroleum” şirkəti Xəzərdə reallaşdırılan müxtəlif layihələrdə pay sahibidir. Deməli, şirkətimiz yerli həmkarlarımızla bir çox məsəslələr xüsusunda əlaqə saxlamalı olur. Bu tədbir bir sıra neft-qaz hasilatı və servis şirkətlərinin fəaliyyəti ilə tanış olmaq üçün əla imkan yaradıb və ola bilsin ki, biz bu şirkətlərin bəziləri ilə əməkdaşlıq edək.

Dünən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva bizim stendimizi ziyarət edib. Mən hesab edirəm ki, Dövlət başçısının bu diqqəti təkcə bizim üçün deyil, həm də burada təmsil olunan hər bir şirkət üçün böyük stimuldur. Bu motivasiya sayəsində etimad və müsbət təəssüratlar yaranır və biz işə daha böyük həvəslə yanaşırıq.

Həmişə olduğu kimi, sərgi yüksək səviyyədə keçir, burada bir sıra xoş yeniliklər var. Tədbirin təntənəli açılış mərasimi, “Caspian Oil&Gas 2017” sərgisinin təşkilatçıları və qonaqlarının təbrikləri bizi çox sevindirdi.


Xəbərlər

Bütün xəbərlər