25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Etibarlı və keyfiyyətli dərin özüllər

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Etibarlı və keyfiyyətli dərin özüllər

01.06.2017

Xəbərlər

Dominik Russat, “Bos Shelf LLC” şirkətinin Böyük kommersiya meneceri

- “BOS Shelf” şirkəti 2001-ci ildən etibarən Xəzər dənizində dərin özüllərin tikintisini həyata keçirir, yeraltı infrastrukturlar formalaşdırır və həm daxili bazar, həm də beynəlxalq müştərilər üçün paya komplektləri və dayaq plitələri istehsal edir.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu (BDÖZ) bizim şirkət tərəfindən idarə olunur. Bundan başqa, “BOS Shelf” şirkəti Azərbaycanda ən böyük loqistika operatorudur. Məhz burada bizim şəxsi liman və loqistika (maddi-texniki təchizat) bazamız yerləşir.

Biz 2002-ci ildən etibarən Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edirik. Bu müddət ərzində biz bir sıra müştəri və tərəfdaş qazanmışıq və onlarla bu gün də əməkdaşlıq edirik. Beləliklə, şəxsi təcrübədən çıxış edərək təsdiq edə bilərik ki, sərgi hər il sənaye peşəkarlarının diqqətini cəlb edir, faydalı işgüzar əlaqələr qurmağa imkan verir. Həmişə olduğu kimi, ən yüksək standartlara cavab verən “Caspian Oil & Gas 2017” sərgisinin təşkilatçılıq səviyyəsini də vurğulamaq istərdim.

Bizim məqsədimiz “Bos Shelf” şirkətinin fəaliyyət sahələrini nəhəng neft hasilatı şirkətlərinin nümayəndələrinə təqdim etmək, effektli marketinq kampaniyası aparmaq, müvafiq olaraq öz məhsulumuzu bazarda təbliğ etməkdir.


Xəbərlər

Bütün xəbərlər