25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Quruda neft hasilatının perspektivləri

    Onlayn xəbərlərinin sponsoru 
    “Global Energy Azerbaijan” şirkətidir 


Quruda neft hasilatının perspektivləri

31.05.2017

Xəbərlər

Xədicə Babayeva, “Global Energy Azerbaijan” şirkətinin prezident köməkçisi.

– Azərbaycanın nəhəng neft hasilatı müəssisələrindən biri olan “Global Energy Azerbaijan Ltd” şirkəti beş yerli şirkətin  - “Absheron Operating Company Limited”, “Operating Company”, “Shirvan Oil Company”, “Neftechala Operating Company” və “Binagadi Oil Company” şirkətlərinin daxil olduğu holdinqdir. Bizim şirkət quruda neft hasilatı ilə məşğuldur. Bizim “Caspian Oil & Gas 2017” sərgisində iştirakımızla əlaqədar olan tapşırıqlar arasında holdinqin gələcək fəaliyyət istiqamətlərini tanıtmağa çalışmaq, şirkətin peşəkar məhsul spektrini ziyarətçilərə təqdim etmək yer alır.

Biz ənənəvi olaraq hər il Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində iştirak edirik və bu genişmiqyaslı tədbir ildən-ilə daha yaxşı və səmərəli təşkilatçılıq səviyyəsi ilə keçirilir. İştirakçıların fəallığı daim artır və bu da sərginin nüfuzuna müsbət təsir göstərir. Bütün regionda neft-qaz sənayesi üzrə aparıcı tədbir olan bu sərgi şirkətlərə öz texnologiya və xidmətlərini təqdim etməklə yanaşı, maraqlı və faydalı işgüzar əlaqələr qurmağa da imkan yaradır.


Xəbərlər

Bütün xəbərlər