25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Caspian Oil & Gas Azerbaijan - Caspian Oil & Gas 2017 sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi

Caspian Oil & Gas 2017 sərgi və konfransının açılışına həsr olunmuş mətbuat konfransı keçirildi
30.05.2017

Xəbərlər

30 may saat 12:00-da «Trend» informasiya agentliyində 24-cü Beynəlxalq Xəzər Neft və Qaz sərgi və konfrans, Caspian Oil & Gas 2017 və 7-ci Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji, Caspian Power 2017 sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirildi.

Mətbuat konfransında cənab Edvard Stroon “ ITE Group ” şirkətinin regional direktoru, cənab Tofiq Kərimov, Xəzər Neft və Qaz Sərgisinin meneceri və xanım Aynurə Nəzərli, Xəzər Neft və Qaz Konfransının meneceri iştirak ediblər.

Mətbuat konfransında 43 media nümüyəndələri iştirak etmişdi. Onların arasında: AzTV, APA, AzərTac, CBC, Lider TV, Salamnews, Xəzər TV, Trend və s. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin yenilikləri və statistik göstəricilər haqqında məlumat verildi. Mətbuat konfransı əsnasında jurnalistlərə sərginin iştirakçılar, ənənəvi “Caspian Oil & Gas” konfransının proqramı və sponsorlar barədə ətraflı məlumat təqdim olunmuşdu.


Xəbərlər

Bütün xəbərlər