25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Mətbuat açıqlaması

Caspian Oil & Gas Azerbaijan - “Caspian Oil and Gas 2015” sərgisində şəkillərə həkk olunmuş tarix

“Caspian Oil and Gas 2015” sərgisində şəkillərə həkk olunmuş tarix
24.02.2016

Mətbuat açıqlaması

2-5 iyun 2015-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 22-ci Xəzər Beynəlxalq “Caspian Oil and Gas” neft-qaz sərgi və konfransında 250-dən çox şirkət iştirak edəcək. Regionda neft-qaz sənayesinin əsas hadisəsi olan və beynəlxalq müstəvidə tanınmış platforma sayılan bu sərgi və konfrans iyirmi ildən çoxdur ki, Xəzər regionunun əsas neft-qaz layihələrini və enerji təhlükəsizliyinin təminatını müzakirə etmək üçün ən yüksək səviyyəli rəhbərləri bir araya gətirir. “Caspian Oil and Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən dəyərli dəstək göstərilir. Sərgi və konfransın təşkilatçıları qismində isə “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər. Artıq sərgi və konfransın builki sponsorları arasında SOCAR, AZFEN J.V., Azeri M-I Drilling, Baker Hughes, Bos Shelf MMC, BP, Caspian Drilling Company, Caspian Geophysical, Caspian Marine Services, Caspian Pipe Coatings, Chelpipe, Cross Caspian, Dentons, Global Energy, Inpex, RussNeft, TPAO, Tekfen Construction, Total, Schlumberger və s. şirkətlər var. Sərgi və konfransın baş media tərəfdaşı isə “Caspian Energy International Media Group” şirkətidir.

İlk dəfə olaraq sərgi çərçivəsində “Nobel qardaşları və Bakı nefti. Mükafat” mövzusunda incəsənət sərgisinin nümayişi təşkil olunacaq. Nobel qardaşlarına məxsus olan neft şirkətinin Azərbaycandakı fəaliyyətinin 135 illiyinə həsr edilmiş bu rəsm kolleksiyası “Caspian Oil and Gas” sərgisinin təşkilatçısı“Iteca Caspian” şirkətinin təşəbbüsü ilə yaradılmışdır. Incəsənət sərgisinin eksklüziv sponsoru qismində BP şirkəti çıxış edir.

Alfred, Robert və Lüdviq Nobel qardaşlarını bütün dünya tanıyır və insanların əksəriyyəti üçün bu adlar ilk növbədə Nobel mükafatı ilə bağlıdır. Lakin çox az adam bilir ki, Nobel qardaşları mirasının böyük qismi o dövrün ən iri neft şirkətlərindən biri – “The Nobel Brothers Petroleum Production Company” şirkətinin fəaliyyəti nəticəsində əldə edilmiş kapitaldan ibarətdir. Bununla yanaşı, Nobel Fondunun 7-12%-ni həmin neft sənayeçilərinin Bakı və Abşeron yarımadasındakı yataqlardan əldə etdikləri vəsait təşkil edir. Beləliklə, haqlı olaraq iddia etmək olar ki, Nobel mükafatının tarixi Azərbaycanda neft hasilatının tarixi ilə bağlıdır. Bundan əlavə, Nobel qardaşları neft hasilatının inkişafına böyük töhfə vermişlər. İlk neft tankeri, Qafqazda ilk neft kəməri, neft-qaz sənayesi ilə əlaqədar olan bir sıra digər innovasiyalar Nobel qardaşlarının nailiyyəti və onların Abşeron neft mədənlərindəki fəaliyyətinin nəticəsidir.

“Iteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov qeyd edir ki: “ - Biz “Caspian Oil and Gas” sərgisi çərçivəsində bu bədii sərginin təşkil olunmasını olduqca rəmzi bir hadisə hesab edirik. Neft sənayesinin təşəkkül tarixi dünyaca məşhur novatorçular - Nobel qardaşlarının adları ilə sıx şəkildə bağlıdır. “Caspian Oil and Gas” sərgisi isə ölkəmizin və neft-qaz sənayesinin bu illər ərzində əldə etdiyi nailiyyətləri əks etdirir. Qeyd etmək istərdim ki, artıq 20 ildən də çoxdur ki, ildə bir dəfə keçirilən bu sərgi ilk gündən böyük uğur qazanmışdır və neft-qaz sənayesinin inkişafı baxımından “Caspian Oil and Gas” sərgisinin daşıdığı əhəmiyyət ildən-ilə artır. Sərginin keçirildiyi illər ərzində çoxsaylı innovasiyalar, ölkənin neft-qaz sahəsində yeni layihələrə start verilməsi barədə ilk məlumatlar məhz burada təqdim edilmişdir. “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı bu nadir rəsm kolleksiyası vasitəsi ilə biz hər şeyin nədən başladığını bir daha xatırlamaq istəyirik. Şübhəsiz ki, İ. Eldarovanın bu sərgisi Azərbaycanda neft hasilatı tarixinin işıqlandırılması və təbliğində daha bir mühüm aksiyaya çevriləcək .”

BP-nin əlaqələr, şirkətxarici işlər və təhlükəsizlik üzrə vitse-prezidenti Hüseyn Məmmədov deyir: “Biz bu füsunkar sərginin eksklüziv sponsoru olmaqdan qürur duyuruq. Ölkədəki son 20 illik fəaliyyətimiz ərzində bir çox mədəniyyət hadisələrini, o cümlədən mühüm tədqiqat işlərini, nəşrləri, incəsənət kitablarını və sərgiləri dəstəkləməklə davamlı bir ənənə yaratmışıq. Xüsusən də, biz 19-cu əsrdə Azərbaycanın ən məhşur neft maqnatı olan, həm də incəsənət mesenatı kimi tanınan Hacı Zeynalabdin Tağıyevə həsr edilmiş dəyərli bir nəşrin, Azərbaycanın məşhur romanlarından biri olan “Əli və Nino” əsərinə dair elmi araşdırmanın, Azərbaycanın füsunkar xalçalarından bəhs edən kitabın nəşrində və bir çox digər təşəbbüslərdə iştirak etməyimizlə fəxr edirik. Bu sərgi milli sənayeçilərlə yanaşı Azərbaycanın neft sənayesinin inkişafında mühüm rol oynamış Nobel qardaşlarnın xatirəsini yad etmək üçün gözəl bir imkandır.”

Beləliklə, “Nobel qardaşları və Bakı nefti. Mükafat” adlı yeni layihə həm bu region, həm də dünya neft hasilatının inkişafı baxımından Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinin tarixi rol və əhəmiyyətini bir daha bizə xatırladır. Bütün rəsm əsərlərinin müəllifi Azərbaycan və Rusiyada yaxşı tanınan rəssam İrina Eldarovadır.


Xəbərlər

Bütün xəbərlər