25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Sərgi » Rəylər

İyirmi ildən artıq təcrübəsi olan “Xəzər Neft və Qaz” sərgi və konfransı qüvvələrimizi birləşdirməklə, bütün iştirakçılar arasında həqiqi qarşılıqlı anlaşma mühiti yaradır, geniş iqtisadi əlaqələrimiz üçün yeni üfüqlər açır. İnanıram ki, sərgi və konfransınız dünyada neft-qaz sahəsində gedən proseslər fonunda səmərəli əməkdaşlığa öz töhfəsini verəcək, mühüm görüş yeri olduğunu bir daha sübut edəcəkdir.
Ilham Əliyev
Azərbaycan Respublikasinin Prezidenti Zati-aliləri
Artıq 20 ildən çoxdur ki, neft-qaz sənayesi üzrə ən yeni texnologiyalar və həll variantlarını nümayiş etdirən beynəlxalq “Xəzər Neft və Qaz” sərgi və konfransı bu il yenə də bütün dünyadan bu sahənin ən görkəmli nümayəndələrini Azərbaycanda bir araya gətirib. Bununla yanaşı, “Xəzər Neft və Qaz” sərgi və konfransının rolu bu sənaye sahəsinin aktual məsələlərinin həlli ilə məhdudlaşmayaraq daha geniş xarakter daşıyır.  Tədbiri hər il ziyarət edən və müxtəlif ölkələrdən olan iştirakçı, nümayəndə və qonaqlar həm müasir Azərbaycanın uğurlu və sürətli inkişafını görmək, həm də bizim mədəniyyətimizlə yaxından tanış olmaq üçün unikal imkan qazanırlar və bu, olduqca mühüm əhəmiyyət kəsb edir.
Natiq Əliyev
Azərbaycan Respublikasının Sabiq Energetika Naziri
Azərbaycan enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası sahəsində bizim strateji tərəfdaşımızdır. Sizin ölkə Avropaya qaz boru kəmərinin çəkilməsi istiqamətində irihəcmli sərmayələr yatırıb və Avropalı olaraq, biz bu addımları dəstəkləyirik. Buna görə də, Polşa Respublikası Azərbaycanın “TANAP” layihəsi üzrə fəaliyyətini dəstəkləyir. Biz həm də “Caspian Oil and Gas” sərgisinə kömür, neft və qaz əsasında enerji infrastrukturunun yaradılması ilə məşğul olan müəssisələri gətirmişik. Polşa neft məhsullarının, eləcə də qazın emalı əsasında istehsal olunan Azərbaycan kimya sənayesinin məhsullarına olduqca böyük maraq göstərir.
Yanuş Pexoçinski
Polşa Respublikası Baş nazirinin müavini

Xəbərlər

Bütün xəbərlər