25-ci Yubiley Beynəlxalq Neft və Qaz sərgisi

5 - 8 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Sərgi » Sərgi haqqında

“Caspian Oil & Gas 2017” sərgisini qarşılayın!

31 may tarixində Bakı Ekspo Mərkəzində 24-cü Beynəlxalq Xəzər Neft və Qaz “Caspian Oil & Gas 2017” sərgi və konfransı öz işinə başladı. , “Caspian Oil & Gas” sərgisi Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən dəstəklənir. Ser Endryu Vud, Böyük Britaniyanın “ITE Group Plc” şirkətinin baş məsləhətçisi, “Caspian Oil & Gas” sərgi və konfransının Təşkilat komitəsi adından tədbir iştirakçılarına uğurlar arzulayıb.

Ənənəvi olaraq, sərginin təntənəli açılış mərasiminə rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu əlamətdar hadisə münasibəti ilə iştirakçı, qonaq və təşkilatçıları təbrik etdi. Ölkə başçısı öz çıxışında enerji kompleksinin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, artıq iyirmi ildən çox müddət ərzində sənayenin ən mühüm tədbiri olan neft-qaz sərginin aktuallığını və populyarlığını qiymətləndirdi. Ölkə başçısının sözlərinə görə, Azərbaycanda “Caspian Oil & Gas” sərgisinin keçirilməsi əlamətdar hadisədir. Sərgi 24-cü dəfə keçirilir və bu çox parlaq göstəricidir, belə ki, sərginin ekspozisiyası azalmayıb, əksinə artıb.

Cənab Prezident xatırladıb ki, ilk “Caspian Oil & Gas” sərgisinin keçirilməsi Azərbaycanı güclü neft ölkəsi kimi dünya ictimaiyyətinə tanıtmaq baxımından çox mühüm hadisə olub. İlham Əliyev artıq 24 ildir ki, Azərbaycan ilə əməkdaşlıq edərək neft-qaz sənayesinin inkişafına töhfə verən və ölkənin sənaye sahəsində əldə etdiyi nailiyyətləri dünya arenasında nümayiş etdirən sərgi təşkilatçılarına öz minnətdarlığını bildirib.

ABŞ Dövlət Departamentinin Energetika Resursları Bürosunun Dövlət katibinin Energetika diplomatiyası üzrə müavini xanım Robin Dannigan ABŞ-ın Prezidenti Donald Trampın sərgi iştirakçılarına ünvanlanan məktubunu oxuyub. Məktubda qeyd olunub ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycanın cəlb olunduğu layihələrə böyük əhəmiyyət verməsi, ölkənin inkişafını və ölkənin enerji təhlükəsizliyinə istiqamətlənmiş səylərini dəstəkləməsi çox vacibdir.

Sonra isə cənab Maroş Şevçoviç, Avropa Komissiyasının enerji birliyi üzrə Vitse-prezidentinin video-müraciəti təqdim olundu.

Çıxışlardan sonra cənab İlham Əliyev sərginin ekspozisiyasıyla tanış oldu.

“Caspian Oil & Gas” dünyanın 30 ölkəsindən 300 şirkəti bir araya gətirib. İtaliya sərgidə öz milli pavilyonu ilə iştirak edəir. İştirakçıların ümumi sayının 15%-nı təşkil edən debütantlar arasında ABŞ, Böyük Britaniya, Rumıniya və digər ölkələri təmsil edən şirkətlər yer alır. Şirkətlər sərgidə neft hasilatı, enerji daşıyıcılarının nəqli, neft-qaz saxlama sistemlərinin təmin edilməsi, habelə platformalar və üzən qazma qurğuları, eləcə də boruların çəkilməsi və boru xətlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi ilə yanaşı, texniki qulluq (servis) xidmətləri üzrə avadanlıqlar, xidmətlər və innovativ texnologiyaların geniş çeşidini təqdim edirlər. Bir sıra ekspozisiyalar yanacağın təmizlənməsi və xammaldan istifadə üçün hazır məhsulların istehsalı üzrə texnologiyalara həsr olunub.

Azərbaycanın aparıcı şirkətlərini və neft-qaz sənayesinin liderlərini ehtiva edən sponsorlar tərkibi tədbirin statusunu vurğulayır. Ənənəvi olaraq, uzun illər ərzində sərginin platin sponsoru qismində SOCAR, qızıl sponsor – BP, gümüş sponsor - Turkiye Petrolleri, bürünc sponsorlar qismində isə Azeri M-İ Drilling Fluids, AZFEN, Baku Steel Company, Caspian Drilling Company Ltd, Caspian Marine Services (CMS), Global Energy Azerbaijan, RussNeft, Tekfen Construction, Socar Polymer, SIMONE Research Group şirkətləri var. Sərgi və konfransın baş media tərəfdaşı qismində isə “Caspian Energy International Media Group” şirkəti çıxış edir. “Caspian Oil & Gas” aparıcı xarici informasiya agentlikləri, jurnal və nəşrlər tərəfindən dəstəklənir.

Qeyd edək ki, layihə üzərində işə “ITE Group plc” şirkətinin tərəfdaşlar şəbəkəsi - “ITE London”, “ITE LLC Moscow” (Rusiya), “EUF” (Türkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətləri cəlb olunublar. Bu şəbəkə beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal şəkildə dəvət edir. Ənənəvi olaraq, uzun illər ərzində “Caspian Oil & Gas” sərgisinin platin sponsoru “SOCAR”, qızıl sponsoru “BP”, gümüş sponsoru qismində isə “Turkiye Petrolleri” şirkətləri çıxış edirlər. Sərgi 3 iyun tarixinədək davam edəcək.

Xəbərlər

Bütün xəbərlər