25-ci Yubiley Beynəlxalq Xəzər Neft və Qaz sərgisi

29 may - 1 iyun 2018 • Bakı Ekspo Mərkəzi

Təşkilatçı » Şirkət haqqında

Ünvan


İndeks
Telefon
Faks
www
e-mail
 
Azərbaycan, Bakı,
Nobel prospekti 15,
Azure Biznes Mərkəzi, 7-ci mərtəbə
AZ1025
+994 12 4041000
+994 12 4041001
www.iteca.az
office@iteca.az
 

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkəti aparıcı sərgi və konfrans təşkilatçılarından biri - “ITE Group plc” şirkətinin tərəfdaşıdır və 2000-ci ildə təsis edilmişdir. “Iteca Caspian” şirkəti hər il Azərbaycanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına aşağıdakılar daxildir: Neft və Qaz, İnşaat, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi.

Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən bu sərgilər hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən təşkilat səviyyəsinin auditindən keçir. “UFİ tərəfindən bəyənilmişdir” nişanı “Neft və Qaz” (“Caspian Oil & Gas”), “İnşaat” (WorldBuild Baku), “Qida Sənayesi” (“WorldFood Azerbaijan”), “Səhiyyə” (“BIHE”) və “Turizm və Səyahət” (“AITF”) sərgilərinə verilmişdir və bu, sərgilərin yüksək təşkilatçılıq səviyyəsinə və statistik göstəricilərin doğruluğuna dəlalət edir.

Sərgilər rəsmi olaraq Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir. Bu sərgilərdən bəziləri isə BMT-nin Dünya Turizm Təşkilatı, TRACECA və digər beynəlxalq təşkilatlar tərəfindən də dəstək alır. Sərgi iştirakçılarının coğrafiyası orta hesabla dünyanın 50-dən çox ölkəsini əhatə edir. “Iteca Caspian” şirkəti və onun təşkil etdiyi sərgilər dəfələrlə “Sərgilərin təşkili sahəsində ilin şirkəti”, “1 nömrəli sərgi markası” və s. bu kimi nominasiyalarda müxtəlif mükafatların laureatı olmuşdur.

Fəaliyyət göstərdiyi illər ərzində, “Iteca Caspian” şirkətinin təşkil etdiyi sərgilər geniş ictimaiyyət arasında populyarlıq və etimad qazanmağa müvəffəq olmuşdur.

Xəbərlər

Bütün xəbərlər